Anons

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Haqqımızda Əlaqə

Meriyanın bu səhvi milyonlara başa gələcək - Ekspert

Tarix:16-12-2023, 13:09

Meriyanın bu səhvi milyonlara başa gələcək - Ekspert Tramvay xətlərinin qurulması uzun müddətdir müzakirə olunur. Biz nəqliyyatçılar da onun tərəfində olmuşuq ki, tramvay mütləq çəkilməlidir. Tramvayın olması ictimai nəqliyyatın çeşidlərini artırır. Ekoloji təmiz ictimai nəqliyyat növü olaraq daha səmərəli və faydalıdır.

Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıya tramvay xətlərinin çəkiləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Paytaxtda tramvaya böyük ehtiyac olduğunu deyən ekspert bildirib ki, bu ictimai nəqliyyat növünün yenidən qurulması işi tezləşdirilməlidir:

“Bununla bağlı müəyyən işlər görülməli, sistem qurulmalıdır. O vaxtkı Bakı meriyasının yanlış siyasəti nəticəsində paytaxtımız tramvaysız qaldı. Sonra bunun çox səhv bir qərar olduğu məlum oldu. Bu yanlışı aradan qaldırmaq dövlətə milyonlarla vəsait hesabına başa gələcək. Gecikmiş olsaq da, yenidən tramvaylara imkan yaradılması müsbət addım olacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Çünki bizim ictimai nəqliyyatın çeşidli növləri yoxdur. Yalnız metro və avtobusdur. 3-cü nəqliyyat vasitəsi kimi taksilərdən istifadə olunur ki, onlar da bərbad vəziyyətdədir. Tramvaya çox böyük ehtiyac var”.

Nəqliyyat eksperti tramvay xətlərinə ehtiyac duyulan ərazilərə də diqqət çəkib:

“Bakı kəndləri istiqamətində bu, mütləq olmalıdır. Metropolitenin yarıtmaz siyasəti nəticəsində Bakı cəmi 27 stansiyanın ümidinə qalıb. Hansı ki, hazırda 60 və daha çox metro stansiyasına ehtiyac var. Deyirlər ki, metro tikintisi baha başa gəlir, ağırdır və s. Heç olmasa, metro stansiyası tikilənə kimi müəyyən əraziləri tramvayla canlandırmaq lazımdır. İnsanlar, artıq “manatlıq taksi”lərdən yaxa qurtarmalıdır. İctimai nəqliyyatımız inkişaf etməyəcəyi müddətcə insanlarımız bu əziyyəti çəkməkdə davam edəcək. Düzdür, əvvəllər bütün küçə və prospektlərdə mövcud olan tramvay şəbəkəsi olmayacaq. Tikinti oliqarxları o qədər sıx binalar tikiblər, yolların başına elə oyun açıblar ki, istəsək belə, mümkün deyil. Ona görə də mümkün olan yerlərdə bu xətlər bərpa olunmalıdır”.(Axar.az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...