Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Azərbaycan daşınma sektorunda cərəyan edən xaotik vəziyyət, hələ də davam edir. Şikayətlər, daha çox məhz karqoların özbaşınalığından və biganə münasibətindən qaynaqlanır. Müştəri yığana qədər vətəndaşın “nökəri”, müştəri yığandan sonra sonra isə “ağa”sı olan daşınma şirkətlərində yaranan yersiz özgüvən, təbii ki, sonda elə öz “başlarında çatlayır”; lakin o vaxta qədər, yüzlərcə müştəri, zərər görmüş olur.
Bu dəfə, yersiz özgüvən artıqlığından əziyyət çəkənlərə, “Sürət” karqo adlı şirkət əlavə olunub. “Yeni müştəriyə pulsuz 3 bağlama” kampaniyası ilə, bu yaxınlarda yeni bir “hücum” həyata keçirən karqo, yüzlərcə yeni müştəri qazandığını düşünüb və özünü “ağa” kimi hiss etməyə başlayıb. Və nə qədər gülməli olsa da, “Onsuz da pulsuz gətirmişik” deyərək, müştərinin bağlamasını ...mənimsəmək eşqinə düşüb! Bəli, nə qədər əcaib olsa da məhz mənisəmək!
Bəli, “Sürət” karqonun, müştərinin bağlamasını itirməsinə inanmaq olardı. Məsələ burasındadır ki, itən bağlama, itə biləcək bir bağlama deyil! Yəni söhbət, adi, kiçik bir paketdən yox, nəhəng, 20kq-lıq bir bağlamadan gedir!
Adı, “Sürət” karqo olan, lakin tısbağa sürəti ilə hərəkət edən daşınma şirkəti, müştərinin bağlamasını nəinki gec çatdırıb, hətta ümumiyyətlə çatdırmayıb! Üstəlik də, dəyən zərəri kompensasiya etməkdən də yayınır! Müştərinin etdiyi müraciətləri isə “kamera görüntülərinə baxılıb, qərar veriləcək” deyərək, yola verir. 20 gündür ki, kamera görüntülərinə baxıb, qurtara bilmir. Görəsən o görüntülərdə şirkət nə görüb ki, açıqlaya bilmir. Bəlkə görüntülərə, hansısa yadplanetli və ya cin düşüb deyə, şirkət rəhbərliyi, məsələnin elmi izahını tapmaq üçün baş sındırır?!...
Üstəlik, itən bağlamanın statusunu da “təhvil verilib” şəklində qeyd edib.
Belə görünür ki, şirkət, bağlamanı ya yanlış müştəriyə verib ya da ki mənimsəyib.
Bağlaması buxarlanan Güli Zayid, sona qədər gedəcəyini və artıq Antiinhisar dövlət qurumuna şikayət ünvanladığını qeyd edir. O deyir: “Bağlamanın kateqoriyası, “yemlər” olaraq qeyd olunub amma əslində maddi ekvivalenti, hazırda 90 azn olan bir qida məhsulundan söhbət gedir. Şirkət ya bağlamanı qaytarmalıdır ya da dəyən zərəri ödəməlidir, əks halda ifşa olunmağa davam edəcək”.
Güli xanım, artıq feysbukda, karqo və müştəri qruplarında da şikayətini paylaşıb və nəticədə, məsələnin gündəmə gəlməsi ilə, Sürət karqo, indinin özündə belə, yüzlərcə potensial və real müştəri itiribdir. Bu da əlbəttə minlərcə manat zərər deməkdir.
Yəni, 90 azn qabağa düşdüyünü zənn edən avanturist şirkət, bəlkə də bundan 100 dəfə çox ziyana düşübdür. Hələ bu harasıdır! Problem, saytlarda gündəmə gələndə, Sürət karqonu, artıq bütün Azərbaycan, pis mənada tanıyıb, ondan gen gəzəcək.
“Nə əkərsən onu da biçərsən” deyib atalarımız...
Müştərini aldadan, bağlamanı vəd etdiyindən gec çatdıran, bəzən isə ümumiyyətlə çatdırmayan bir karqo, faydadan çox, ziyan, stress, itki deməkdir!
Sujeti təqdim edirik:
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...