Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Azərbaycanda və regionda “koronavirus ili”ndə evlənənlər, boşananlar... - STATİSTİKA

Tarix:4-05-2021, 16:16

Azərbaycanda və regionda “koronavirus ili”ndə evlənənlər, boşananlar... - STATİSTİKA
Evlilik hallarının azalması, boşanmaların artması son illər dünyanın demək olar ki, bütün ölkıələrində müşahidə olunan tendensiyadır. Paralel olaraq, münasibətlərini rəsmiləşdirmədən, qeyri-rəsmi münasibətlərdə yaşayan cütüklərin yaxud evlənməyən insanların sayı da paralel şəkildə artır.

Ekspertlərin fikrincə, dünyada boşanma hallarının artmasına bir neçə faktor təsir göstərir. Əsas boşanma səbəbləri arasında 1.xəyanət, 2.maddi sıxıntılar 3.anlaşılmazlıq, müntəzəm münaqişələr, 4.alkoqolizm, narkomaniya, 5.xarakter uyğunsuzluğu, həyata fərqli baxış, 6.məişət problemləri, 7.hisslərin soyuması, 8.valideynlərin müdaxiləsi və s. daxildir.

Modern.az Azərbaycanda və region ölkələrində “koronavirus ili” sayılacaq 2020-ci ildə evlənən və boşanan cütlüklərin statistikasını təqdim edib.

Azərbaycanda Statistika Komitəsinin məlumatına görə, ötən il 35 348 rəsmi nikah bağlanıb, 14 628 cütlük isə ayrılıb. Bu isə ölkədə boşanma faizinini 41,38%-ə çatdığını göstərir.



Türkiyədə 2020-ci ildə 487 270 cütlük ailə həyatı qurub, 135 022 ailə isə boşanıb. Beləliklə, ölkədə boşanma faizi 27,1% təşkil edir.

Rusiyada koronavirusun tuğyan etdiyi 2020-ci ildə 770,8 min evlilik, 564,1 min isə boşanma qeydə alınıb. Bu isə ölkədə boşanma faizinin 73%-ə çatdığını göstərir.

Ermənistanda ötən il 10 416 evlilik və 3 155 boşanma qeydə alınıb. Ermənistanda boşanma göstəricisi hazırda 30,29% təşkil edir.

Gürcüstanda 2020-ci ildə 16 359 evlilik və 7 643 boşanma faktı qeydə alınıb. Beləliklə, qonşu ölkədə boşanma göstəricisi 46,72% təşkil edib.

İslam ölkəsi olan İranda evlilik sayının azalması ilə yanaşı, boşanma hallarının artımı müşahidə olunur. Belə ki, 2020-ci ilin 21 martından oktyabrın 21-nə qədər olan müddətdə ölkədə 307 349 evlilik və 99 679 boşanma halı qeydə alınıb.

Beləliklə, şəriət ölkəsində boşanma göstəricisi 32,43% təşkil edir.

Ekspertlərin fikrincə, dünyada boşanma hallarının artmasına bir neçə faktor təsir göstərir. Əsas boşanma səbəbləri arasında 1.xəyanət, 2.maddi sıxıntılar 3. anlaşılmazlıq, müntəzəm münaqişələr, 4.alkoqolizm, narkomaniya, 5.xarakter uyğunsuzluğu, həyata fərqli baxış, 6.məişət problemləri, 7.hisslərin soyuması, 8.valideynlərin müdaxiləsi və s. daxildir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...