Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Bakının rəsmi əhalisi - ARAŞDIRMA

Tarix:29-04-2021, 15:00

Bakının rəsmi əhalisi - ARAŞDIRMA Paytaxt Bakı illərdir ki, Azərbaycanda ən sıx məskunlaşmış şəhər hesab olunur. İş, təhsil, yaşamaq üçün paytaxta üz tutanlarla birlikdə şəhərin qeyri-rəsmi əhali sayının 4 milyona yaxın olduğu bildirilir. Bu isə ölkə əhalisinin təxminən 40 faizi deməkdir.

Modern.az-ın statistik gösətiriclərlə bağlı kiçik araşdırması zamanı məlum olub ki, 2021-ci ilin əvvəlinə Bakı əhalisinin rəsmi sayı 2 milyon 300 min 500 nəfərdir. Bu ilin əvvəlinə paytaxtda 25075 nəfər doğulub, 17329 nəfər isə vəfat edib, təbii artım 7746 nəfər təşkil edib.

Bu ilin əvvəlinə Bakı əhalisinin sayı (min nəfər) rayonlar üzrə isə aşağıdakı kimi olub:


Binəqədi rayonu 268.4;

Qaradağ rayonu 127.9;

Xəzər rayonu 168.4;

Səbail rayonu 102.6;

Sabunçu rayonu 247.2;

Suraxanı rayonu 222.0;

Nərimanov rayonu 179.8;

Nəsimi rayonu 222.6;

Nizami rayonu 201.8;

Pirallahı rayonu 20.6;

Xətai rayonu 289.9;

Yasamal rayonu 249.3.


Mövcud olan son statistikaya görə, 2020-ci ildə Bakı əhalisinin 1 milyon 140 min 900 nəfərini kişilər, 1 milyon 153 min 200 nəfərini qadınlar təşkil edib.

Bakı şəhərinin Baş Planına görə, gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınıb, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı gözlənilir.

Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə, hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.


Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə yaxın bir neçə ildə qayıdış Bakıda əhali sayının azalmasına təsir edəcək amil kimi qiymətləndirilməlidir.


Tarixə nəzərə yetirsək, rəsmi məlumatlarda 1990-cı ildə Bakı şəhərində 1 milyon 807 min 800 nəfər əhali qeydiyyatı olub. 1999-cu ilə qədər əhali sayı azalan xətt üzrə inkişaf edib və həmin ildə paytaxt əhalisinin sayı 1 milyon 788 min nəfər olub.
Rəsmi statistikaya görə, 2000-ci ildə əhali sayı 1 milyon 806 min 400 nəfər təşkil edib.

Daha sonra paytaxt əhalisi aşağıdakı kimi ilbəil artmağa başlayıb:

2001-ci ildə əhali sayı 1 milyon 826 min 900 nəfər;
2002-ci ildə 1 milyon 847 min 500 nəfər;
2003-cü ildə 1 milyon 868 min 200 nəfər;
2004-cü ildə 1 milyon 889 min nəfər;
2005-ci ildə 1 milyon 914 min 400 nəfər;
2006-cı ildə 1 milyon 942 min 500 nəfər;
2007-ci ildə 1 milyon 972 min nəfər;
2008-ci ildə 2 milyon 5 min 600 nəfər;
2009-cu ildə 2 milyon 39 min 400 nəfər;
2010-cu ildə 2 milyon 64 min 600 nəfər;
2011-ci ildə 2 milyon 92 min 400 nəfər;
2012-ci ildə 2 milyon 122 min 300 nəfər;
2013-cü ildə 2 milyon 150 min 800 nəfər;
2014-cü ildə 2 milyon 181 min 800 nəfər;
2015-ci ildə 2 milyon 204 min 200 nəfər;
2016-cı ildə 2 milyon 225 min 800 nəfər;
2017-ci ildə 2 milyon 245 min 800 nəfər;
2018-ci ildə 2 milyon 262 min 600 nəfər;
2019-cu ildə 2 milyon 277 min 500 nəfər;
2020-ci ildə 2 milyon 294 min 100 nəfər;
2021-ci ildə 2 milyon 300 min 500 nəfər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...