Anons

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

6-05-2024, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

6-05-2024, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Haqqımızda Əlaqə

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

Tarix:30-01-2020, 14:44

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz
23 fevral tarixində “Startup Grind Baku Hub” tərəfindən bank sektorunda 12 il, marketinq və brendinq sektorunda isə 15 ildən çox rəhbərlik təcrübəsi olan David Birman ilə «Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz» adlı “fireside chat” formatlı görüş keçiriləcək.

“Youth Inc.” Sahibkarlıq Proqramı, İnnovasiylar Agentliyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutacaq tədbirdə David Birman startaplarla öz zəngin təcrübəsini və marağlı hekayələrini paylaşmaqla yanaşı, Qafqazda startapların keçdiyi həyat reallıqları haqqında geniş məlumat verəcək. Bir çox startap sahibkarlığa başlayan zaman ailə və tanışlarından maliyyə dəstəyi əldə etməyi investisiyaların təşviqi üçün ən asan mənbə kimi görür. Müraciət olunacaq bankların olmaması bəhanəsi ilə ailə və yaxınları inandırıb startapa başlamaq üçün lazım olan maliyyə dəstəyini onlardan almaq çox yaxşı ideya kimi görünür. Lakin yanlış aparılan kommunikasiya və anlaşılmazlıqlar mütləq şəkildə mübahisələrə, münasibətlərin pozulmasına, hətta pul iktisi və məhkəmə proseslərinə çata biləcək hallar yaranır. Spiker görüşdə bu kimi halların yaşanmaması üçün məsləhət və üsullardan bəhs edəcək. Bundan əlavə, David Birman görüşdə banklar ilə münasibətlər, hüquqi və şəxsi biznes münasibətləri və başqa sahələrdə topladığı təcrübəsini də bölüşəcək.

Rus dilində baş tutacaq tədbirdə iştirak etmək üçün 22 fevrala qədər https://bit.ly/SGBseic vasitəsi ilə bilet əldə etmək mümkündür.

David Birman “Yelo Bank”-da Rəqəmsal bankçılıq, Brendin idarəedilməsi və Müştəri təcrübəsi üzrə Baş direktor olaraq fəaliyyət göstərmişdir. Həmçinin o, Avropa İdarəetmə Məktəbinin Biznes Idarəçiliyi üzrə bakalavr dərəcəsi və Nielsen Norman Group-dan UX idarəetmə və qarşılıqlı əlaqələrin layihələşdirilməsi üzrə magistr dərəcəsi almışdır.

Qeyd edək ki, "Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup

Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı, İnnovasiyalar Agentliyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

Sahib A. Gülməmmədov

İctimaiyyətlə Əlaqələr üzrə menecer [email protected] | 077421118скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...