Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı

Tarix:11-06-2025, 11:34

201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı Ötən ay 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səsi yazısı yayılmışdı. Səs yazısında direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüeynovaya qarşı yalançı şahidlik etməyə məcbur edirdi.

Bu səs yazısının yayılmasının təfərrüatını əldə etmişik.
Məlumata görə buna səbəb məktəbin kollektivi arasında uzun müddətdir davam edən ədavət olub. Məktəbin keçmiş direktor müavini Svetlana Hüseynova ilə mətkəbin direktoru arasında uzun müddət problemlər olub. Bunun nəticəsi olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini və riyaziyyat müəllimi vəzifəsində işləmiş Svetlana Hüseynova işdən çıxarılıb.
Məlumata görə Svetlana Hüseynova məktəbdəki özbaşınalıqla bağlı narazılığını bildirib və rəsmi qurumlara bu barədə məlumat verib. Bundan sonra direktorla müavini “düşmən” olub.
Pedoqoji şurada çıxış edən direktor Afaq Əliyeva çıxışında Svetlana Hüseynovanı nəzərdə tutaraq,- “adam yediyi qaba tüpürməz”, deyib. Ardınca isə o, üzünü kollektivə tutaraq “adam kimdir?” deyə sual ünvanlayıb. Bu zaman zalda olan direktorun digər müavini Elnurə Ramazanova direktoru müdafiə edərək onun sualının cavabına “şərəfsizdir” deyərək reaksiya verib. Pedoqoji şurada vəziyyət gərginləşib və tərəflər bir-birinin ünvanına ağır ifadələr işlədib.
Elnurə Ramazanova mübahisə zamanı Svetlana Hüseynovaya “sən valideynlərdən pul almısan, rüşvət almısan, bu gün də pul alırsan" deyib. Bunları böhtan və şərəfinin alçaldılması kimi qiymətləndirən Svetlana Hüseynova məhkəməyə üz tutub.
Həmin ərəfədə işdən çıxarılan Svetlana Hüseynova direktor müavinin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Svetlana Hüseynova iddia ərizəsində bunları qeyd edib: “Elnurə Ramazanova əlinə imkan düşən kimi yazılı və ya şifahi şəkildə mənim şərəf və ləyaqətimi, nüfuzumu ləkələməyə, alçaltmağa çalışıb. Bakı şəhər Təhsil İdarəsinə, məktəbin direktoruna barəmdə böhtan xarakterli müraciətlər edib. Valideynlər və müəllimlər arasında şayiələr yayıb. Barəmdə mənfi rəy formalaşdırıb. Onun müraciətləri araşdırılıb və əsassız olduğu məlum olub. Amma mənim etdiyim şikayətlər yalan, şər-böhtan deyil”.
Məhkəmə araşdırması zamanı Elnurə Ramazanovanın şikayətçi Svetlana Hüseynovaya “şərəfsiz”, “rüşvətxor” deməsini təsdiq edən müəllimlər də şahid kimi dindirilib. Həmçinin Elnurə Ramazanovanın dediklərini sübut edən səsyazısı da məhkəmədə sübut kimi qiymətləndirilib.
Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinən Elnurə Ramazanova cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 manat məbləğində cərimə cəzasına, 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.(musavat)
İlkin Muradovскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...