Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında
1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib
1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Bəs niyə «xüsusi araşdırma»nın nəticəsi məhkəmə iclasında təqdim edilmədi, gizli saxlanıldı?
Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası İsmayıllı rayonunun İcra başçısı Nahid Bağırovun 4 illik təhsilli ABU-nu 2 ilə bitirib ali təhsil diplomu almasına haqq qazandırmaqdadır. Çox maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə) «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinə qarşı informasiya sorğusunu cavablandırılmamasına dair apellyasiya şikayətinə əvvəlcə xüsusi diqqətlə yanaşdı. Aydın olsun deyə qısaca qeyd edim ki, rəhbəri olduğum qəzetin redaksiyası adından Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz sorğu cavablandırılmadığından DİM-nin qanunsuz hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermişdik.
Hakim Orxan Həsənov 14 fevral 2025- ci il tarixdə şikayətə baxılmasının mümkünsüzlüyü barədə qanunsuz qərardad qəbul etdi. Niyə? Axı Azərbaycan Dövlətinin adından qərar verən hakim Orxan Həsənov 4 illik təhsilli ABU-nu 2 ilə bitirib ali təhsil diplomu alan, sonradan İsmayıllı kimi bir rayona İcra Başçısı göndərilən, bu təyinatından 1 ay sonra Prezident Sərəncamı ilə töhmət alan(!) Nahid Bağırovun müdafiəsinə niyə qalxırdı? Mən məhkəmədə həmin hakimə sənəd və sübutlar təqdim etmişdim ki, DİM indiyədək vətəndaşlardan daxil olmuş şikayət məktublarına istinadla göndərilmiş çoxsaylı media sorğumuzu dərhal cavablandırıb. Bəs indi nə baş verib???
İnanılmazdır: Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və hakimlər icra başçısının müdafiəsinə səfərbər olunub…
Bəs indi nə oldu??? Nə baş verib ki, Dövlət İmtahan Mərkəzi və hakimlər icra başçısının müdafiəsinə səfərbər olublar? Hə, deməli, Nahid Bağırovu icra başçısı təyin etdirənlər böyük adamlardır, ona görəmi?! Axı indi məhkəmələrdə Nahid Bağırovun müdafiəsinə səfərbər olan həmin şəxslər bilmirlərmi ki, indiyədək məhz Prezident İlham Əliyevin başçı təyin etdiyi 10-a yaxın icra başçısı və müavinləri qanunsuz əməllərinə görə DTX tərəfindən həbs edilib mühakimə ediliblər. Bəziləri həbsxanada dünyasını dəyişib. Onları da təyin etdirənlər var idi, bəs onlar bu həbslərə mane ola bildilərmi? Yox!
Bəs indi bu boyda qanunsuzluq baş verir, yenə də bəziləri ortadakı qanunsuzluğu ört-basdır etmək istəyirlər. Niyə???
Diplomu şübhəli şəxs sabah başqa vəzifəyə necə gedə biləcək???
Maraqlıdır, məsələni bu qədər şişirdib ictimailəşdirməyə bais olanlar başa düşmək istəmirlər ki, Nahid Bağırovun diplom səhvini düzəltmək lazımdır ki, bu məsələ ictimailəşdirilib onun dosyesini zədələməsin. Məntiq isə belədir ki, əgər Nahid Bağırovun ali təhsil diplomunda şübhəli bir məqam olmasaydı, DİM bir cümləlik cavabı ilə hər şeyə nöqtə qoya bilərdi, qanunsuz əməldə suçlu bilinməzdi. Deməli, N.Bağırovun özü tərəfindən ictimailəşdirilmiş məlumatı təsdiq etmək əvəzinə bu sorğunun cavablandırılmaması o deməkdir ki, ortada ciddi şübhələr var. Biz «saxtakarlıq var» demirik, çünki məsələ hələki məhkəmə müstəvisindədir.
Redaksiya bu qənaətdədir ki, bəzi məmurlar bu dolaşıq işdə günahkardırlar deyə, susur və maksimum dərəcədə Nahid Bağırovun müdafiəsindədirlər. Guya susmaq qızıldır! Amma bu məsələdə yox. Bunu bilmək üçün orta məktəb təhsilli olmaq bəs edər!
***
Biz məcburuq ki, məsələnin ciddiliyini nəzərə alaraq bu dəfə Prezidentə müraciət edək, PA rəhbəri Samir Nuriyevə yazaq, DTX rəhbəri Əli Nağıyevə, Baş prokuror K.Əliyevə şikayət edək ki, Nahid Bağırovun başçı təqdimatını hazırlayanlar niyə bu ciddi məsələdən yan keçiblər, göz yumublar??? Çünki kimin üçünsə susmaq qızıldırsa, media üçün belə məsələdə susmaq presedent yaradandır. Belə çıxır ki, eyni qaydada ali təhsil almışlar sabah deputat da ola bilər, nazir də, şirkət rəhbəri də və s.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşid Səmədovun «xususi araşdırması» nədən ibarət idi???
Sual yəqinki çətin deyil… İndi isə Azərbaycan Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət edirəm:
Hörmətli sədr! Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası -hakim Rəşid Səmədovun sədrliyi və hakimlər- Xəyalə Cəmilovanın və Şirazi Eldarzadənin iştirakı ilə, aprelin 24-də Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun 14 fevral 2025-ci il tarixli qanunsuz qərardadının ləğv edilərək iş materiallarının ilkin baxış mərhələsinə qaytarılmasına dair şikayətimizi təmin etmədi. Niyə? Məsələ ondadır ki, qəzetin nümayəndəsi olaraq mən 24 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının üzvlərinə bir daha rəsmi sənədləri və mötəbər sübutları təqdim edərək bildirdim ki, bu sənədlər İsmayıllının icra başçısı Nahid Bağırovun özü tərəfindən RİH-nin rəsmi saytında yayımladığı məlumatlardan ibarətdir. Biz bu məlumatların DİM-də təsdiqini xahiş edirik, başqa heç nə! Hakim Rəşid Səmədov sənədlərə baxıb təəccübləndi. Görünür iş materiallarını oxumamışdı, xəbərsiz idi. Yerində müşavirə edərək (bunlar iclas otağının kameralarında qeydə alınmışdır) elan etdi: «Məhkəmə işin mürəkkəbliyini nəzərə alaraq 10 dəqiqəlik fasilə elan edir!».
Beləliklə, hakimlər 10-15 dəqiqə fasilə edərək kimlərləsə məsləhətləşmələrə yollandılar… Və nəhayət, fasilə bitdi, hakimlər kollegiyası qəzetin rəsmi nümayəndəsi olaraq üzümə baxdılar, susdular. Sonra yerində müşavirə edərək qərarı elan etdilər: «Məhkəmə heçab edir ki, bu məsələ mürəkkəb xarakterlidir, ona görə də xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınır!».
Hörmətli İman müəllim! Nəhayət, 29 aprel 2025-ci il tarixdə saat 10:40 radələrində məhkəmə iclası açıq elan edildi, kollegiya üzvləri üzünü mənə çevirdi, kollegiyanın sədri məndən soruşdu ki, başqa bir vəsatətiniz, sübutunuz yoxdur? Dedim ki, yoxdur, ötən iclasda Sizə təqdim etmişəm. Sonra məhkəmə müşavirəyə getdi. Təxminən 5 dəqiqədən sonra kollegiya üzvləri gülümsəyərək zala daxil oldu və qərar elan edildi: «Apellyasiya şikayəti təmin edilməsin, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı qüvvədə saxlanılsın!».
İndi sual verirəm: hakim (kollegiyanın sədri) Rəşid Səmədov bundan əvvəlki iclasda qərarını elan edərək demişdi: «Məhkəmə hesab edir ki, bu iş mürəkkəb xarakterli olduğuna görə xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınsın!».
Hakim 29 aprel tarixli yekun iclasında bu xüsusi araşdırmanın nəticəsini elan etməli deyildimi? Bəs niyə susdu və bu araşdırmanın nəticəsini niyə elan etmədi?
Çox istərdim ki, bu suala mütləq cavab verilsin. Çünki mən 32 ildir rəhbəri olduğum və hüquqlarını qanuni şəkildə həmişə uca tutduğum bir mətbuat orqanının mənafeyini sonadək müdafiə etməyə borcluyam. Bunu qəzetin «Əsasnaməsi» məndən tələb edir. Belə çıxır ki, mən xərc çəkərək vəkil tutmalıyam, hakimin bu qanunsuz və gülməli qərardadından Ali Məhkəməyə 10 gün ərzində şikayət verməliyəm… Və Nahid Bağırovun müdafiə kampaniyası davam edərsə, Ali Məhkəmənin qərarından da Avropa Məhkəməsinə şikayət verməliyəm. Niyə??? Niyə bir nəfərin müdafiəsi naminə Azərbaycan dövlətinin mənafeyi Avropa Məhəkəməsində müzakirə mövzusu olmalıdır???
Hörmətlə,
Asif Mərzili,
Avropa Mətbuat Federasiyasının üzvü,
«Təzadlar» qəzetinin və eyni adlı saytın baş redaktoru
P.S.Hakimin məlum qərardadının elan edilməsindən dərhal sonra Nahid Bağırovun buna çox sevindiyi barədə redaksiyaya maraqlı məlumat daxil olub…