Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç

Tarix:10-04-2025, 18:49

Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində 44 ölkədən 80-dən çox mütəxəssisin iştirakı ilə keçirilən “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Türkiyə-Azərbaycan münasibətləri, Türk Dövlətləri Təşkilatının (TDT), türk dünyasının gələcəyi və Şimalı Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması ilə bağlı diqqətçəkən və olduqca əhəmiyyətli fikirlər söylədi. Azərbaycanın dövlət başçısının Türk birliyi ilə bağlı mesajları bizi qürurlandırdı.

Bu sözləri Teleqraf-a Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.

"Prezident İlham Əliyev siyasi tarazlıqları nəzərə almaqla cəsarətli qətiyyəti ilə beynəlxalq sistemin yaradıcılarına “biz də varıq” deyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxın və xüsusi münasibəti olduğunu hər fürsətdə deyən Azərbaycan Prezidenti Qafqazda və regionda birinci dərəcəli dövlət xadimi, üstün diplomatdır.

ŞKTC-nin Azərbaycanla əlaqələri, onun ilk növbədə Türk Dövlətləri Təşkilatı tərəfindən tanınması üçün mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycanın nümayiş etdirdiyi mövqe də Prezident İlham Əliyev tərəfindən bəyan edildi. Vurğulandı ki, “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana və beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”.

İlham Əliyevin ŞKTC-ni tanımaq bir yana, adını çəkməkdən belə çəkinən beynəlxalq ictimaiyyət və ya buna qadağa qoyan güc mərkəzlərinə qarşı bu çıxışı türk dövlət xadiminin qlobal siyasi böyüklüyünü göstərir. Azərbaycan Türkiyənin təkcə qardaşı deyil, həm də strateji tərəfdaşıdır. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi iki qardaş dövlətin regional və beynəlxalq problemlərə vermiş olduğu töhfə bir daha önə çıxmış olur".

Onun sözlərinə görə, Azərbaycan regionda öz problemlərini həll etmiş dövlət kimi çıxış edir:

"Bu xüsusda Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi beynəlxalq məsələlərdə eyni mövqeni bölüşür. Sözsüz ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasət Avropa və Rusiya ilə eyni səviyyədə münasibətlərin qurulmasını təşviq edir", - deyə S.Karakılıç bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...