Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 50 v ünvanda qanunsuz qeyri-yaşayış obyekti inşa olunur.
Redaksiyamıza təqdim olunan fotoşəkillərdən görünən odur ki, iki marketin arasında yerləşəcək bu üçüncü obyekt yol infrastrukturunu da pozur; Abbas Fətulayev küçəsi ilə yaxınlıqdakı yaşayış binalarını əlaqələndirən yolu bağlayır. Ərazidə işlər necə deyərlər, şıdırğı, az qala gecələr də gedir. Aşkar hiss olunur ki, obyekti tikdirən tələsir, yaxud, tələsdirirlər.
Xatırladaq ki, Xətai və Suraxanı ərazilərinə düşən Abbas Fətullayev küçəsi 4 il əvvəl əsaslı şəkildə təmir edilib. Yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib. Təmir zamanı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub. Elə həmin zəruri sayılıb bərpa edilən səkilərin üstünü sözügedən obyekt örtəcək.
Görülən işlərin yol tərəfdən nəzəri cəlb etməməsi üçün sahənin kənarına faner lövhələr söykəyiblər. Bununla belə fanerlərin arxasından tikilən obyektin özülü üzərində ucaldılmış dirək karkas dirəklər görünür. Axı cidanı çuvalda gizlətmək olmaz. Mediaya həmişə həssas yanaşmış Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli cənab Adil Əliyev də yəqin, bundan sonra məsələdən xəbər tutacaq və xatırlayacaq ki, sələfi Əzi Əzizovun ünvanına deyilən tənqidlərin əksəriyyəti məhz rayon ərazisində qanunsuz tikilələrə rəvac verməsi ilə bağlı idi.(nyus.az)