Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..

Tarix:27-01-2025, 12:10

Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..

Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..

2023-cü ilin dekabr ayından bu günə qədər dəfələrlə Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş iaşə obyekti barəsində məlumatlar dərc edib, Sabunçu rayon icra hakimiyyəti, ARXKOM a, Əmlak Məsələləri Dövlət Xidmətinə və Fövqəladə Hallar Nazirliyinə təkrar-təkrar rəsmi sorğular göndərmişik. Lakin, bildiyiniz kimi icra hakimiyyəti də başda olmaqla bütün aidiyyatı qurumlar "yaxalarını məsuliyyətdən kənara çəkərək" məsələni bir-birinin üzərinə yönləndirməklə sahibkara tikintini başa çatdırması üçün şərait yaratdılar.

Eyni zamanda, Zabrat 1, Balaxanı və digər qəsəbələrdə aparılan qanunsuz tikintilər, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində məişət tullantıları ilə doldurularaq yerli icra hakimiyyətinin xüsusi maklerləri vasitəsilə vətəndaşlara satılan köhnə neft quyuları və göl yerlərində inşa edilən yaşayış evləri də Adil Vəliyev və sadaladığımız digər aidiyyatı qurumların ilk növbədə rəhbərlərinin, eləcə də digər səlahiyyət sahiblərinin nəfslərinin səbəb olduğu - yaratdığı "xariqələr"dir.

Hələ təkcə Sabunçu rayonu ərazisindəki qanunsuz tikintilərə nəzər saldıqda Adil Vəliyev və Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun ölkənin daxilində və xaricində siyahısı uzandıqca uzanan siyahısının mənbəyini aydınca görmək olur.

Qeyd edək ki, Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa edilən iaşə obyekti barəsində Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyəti tərəfindən onlara məlumat verilmədiyini, yerli icra hakimiyyəti isə Onların tikintini sökmək ixtiyarlarının olmadığını, 31.12.2023-cü il tarixində tədbir görülməsi üçün aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verdiklərini bildirmişdilər.

Halbuki, tikintini sökmək ixtiyarının olmadığını deyən Sabunçu rayon icra hakimiyyəti hələ 2022-ci ilin may ayında özünün iddiasına görə 3000 (üç min) manat rüşvət vermədiyi üçün şəhid Sübhan Əbdürrəhmanlının anası Mehriban ananın evini sökmüşdülər. Həmçinin, icra hakimiyyətinə icazə üçün 4000 (dörd min) manat rüşvət verib ev tikdiyini deyən ailənin əlavə tələb olunan 2.000 (iki min) manat pulu verə bilməyən ailənin də tikib başa çatdırdığı evini də ağır texnikalar vasitəsilə məhz Sabunçu rayon icra hakimiyyəti sökmüşdür.

Adil Vəliyev özü də jurnalist Əvəz Zeynallının məhkəməsində etiraf etmişdir ki, qanunla icra hakimiyyətinin hər bir tikintini sökmək ixtiyarı olmasa da, bəzən istisnalar edərək, onlar söküntü işləri həyata keçirirlər. Vəkilin, "qanunla ixtiyarınız yoxdursa, necə sökə bilərsiniz" sualını isə Adil Vəliyev qınaq dolu "elə bil Azərbaycanda yaşamırsınız" cümləsi ilə cavablandırmışdı.

Dövlətin məmuru, ölkə başçısının etimad göstərib Sabunçu kimi bir rayona rəhbər təyin etdiyi Adil Vəliyev bu ifadəsilə Azərbaycanda qanunun onlar üçün elə də əhəmiyyət kəsb etmədiyini etiraf etdi, amma görünür o, "haqlı" idi. Dövlət qurumlarında çalışaraq, milyonluq sərvətlərə, bizneslərə sahib olan bir məmura Azərbaycanın qanunları bugünə qədər "gözün üstə qaşın var" deməyibsə, demək ki, Adil Vəliyev "haqlı"dır.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş həmin iaşə obyekti bu gün də fəaliyyət göstərir. Lakin, nə Adil Vəliyev, nə də digər qurumlar qanuna zidd olmasına rəğmən bu obyektin "Mən işimi yuxarılarla görürəm" deyə, camaat arasında qürurlanan sahibinə "güldən ağır" söz demirlər.

"Yuxarı" sayılan qurumlardan birinin rəhbəri olan Adil Vəliyevin məhkəmədəki rişxəndlə etdiyi etiraf eyni zamanda məmurların istədikləri kimi idarə etdikləri Azərbaycan qanunlarına təhqirdir.

Mövzunu davam etdirəcəyik.

DogruXeber.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...