Anons

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

Haqqımızda Əlaqə

Azərbaycan Prezidenti Donald Trampı təbrik edib

Tarix:21-01-2025, 13:29

Azərbaycan Prezidenti Donald Trampı təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.

Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.

ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.

Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.

İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...