Anons

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Haqqımızda Əlaqə

DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...

Tarix:9-01-2025, 18:22

DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...

DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...

"Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov qaynına gömrükdə tanıdığı imtiyazlar səbəbindən qalmaqal yaranıb..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Qeyd edək ki, yerli KİV-də yetərincə işıqlandırılan bu olayla bağlı müxtəlif iddialar səslənsə də redaksiyamıza göndərilən məlumatda fərqli mətləblərdən xəbər verilir. Beləliklə, məqalədə daha sonra deyilir:

"Bir müddətdir ölkə gündəmini zəbt edən idmançıların məlum qalmaqalının bəzi təfərüatları aydın olub. Xatırladaq ki, ilk əvvəl Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Xətai Rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumatlar yayıldı. Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov sərbəst buraxıldı. Ardından məlum oldu ki, bu işdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədova 3 aylıq həbs verilib.
Qeyd edək ki, “Lord” ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir. Xatırladaq ki, Ramal Aslanov ötən gün Kikboksinq Federasiyasının I vitse-prezidenti vəzifəsindən azad edilib.
İndi isə gələk son yeniliklərə... Məsələ ilə bağlı əslində R.Aslanovla və F.Zeynalovla bağlı yeni detallar meydana çıxıb.
Əslində DSX rəhbəri ilə Ramal Aslanov arasında yaranan anlaşılmazlıq deyilənə görə uzun illərə dayanmır. “Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.

Xatırladaq ki, bu sözləri yerli mətbuata açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.

Qeyd edək ki, Ramal Aslanov əslində federasiyada işləməsinə baxmayaraq gününün çox hissəsini Bakı Baş gömrük idarəsinin anbarlarında keçirdiyi məlumatları mətbuata daxil olub. DSX əməkdaşı ilə aralarında yaranan insidentin səbəbi isə DGK əməkdaşı Aqil İbadovun yaxın ətrafına bildirdiyinə görə, gömrükdə yüklərlə bağlı yaranan problemdən qaynaqlanıb. Əslində Ramal Aslanov kimdir deyə sual yaranır və bu şəxsin Gömrük kömitəsinə məxsus anbarlarda hansı məqsədli işləri olub? Elə bu sual ətrafında araşdırma apardığımız zaman məlum olur ki, sən demə Ramal Aslanov Elmir Ramazanovun qaynıdır.

Məhz elə bu səbəbdən də Gömrükdə Ramal Aslanova "yandırılan YAŞIL İŞIĞA" kimlərinsə çıraq tutması ilə gündəlik gəlir əldə edə bilməsinə qanundan kənar imkanlar yaradılıb. Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qaynına gömrük orqanında karqolarla sövdələşmələrin və qeyri qanuni monopoliya əməliyyatları kimi bildiyimiz qara işlərin icrası həvalə edilib.

Bu qədər məlumatların Aqil İbadovda olması amma hələdə bu şəxsin qurumlar tərəfindən çağrılaraq sorğu-sual edilməməsidə müəmmadır. Elmir Ramazanovun himayədarları nə qədər güc sərf edir ki, həm Elmiri, həm də qaynını mühafizə edə bilir. Qaynının şübhəli şəxs qismində saxlanması və tutduğu vəzifəsindən azad edilməsi heç də təsadüf deyil.

Belə ki, yaxın günlərdə bu şəxsi Gömrük orqanları sırasında görsəniz... heç də təəccüblənməyin. Axı Elmir Ramazanovun hazırda nüfuzu kifayət qədər cddi imtiyazlara şərait yaratmaqdadır...

Və aydın olur ki, məlum insident də təsvir olunduğu kimi baş verməyib və səbəblər tamam başqadır... DSX mayoru Fuad Zeynalov Ramal Aslanova məxsus olduğu bilinən yüklərin yoxlanışdan maneəsiz keçməsinə şərait yaratmadığından vəzifəli şəxs idamançılar tərəfindən bu cür təzyiqlərlə üzləşib. Yəni səbəb budur və ənənəvi anlaşma, himayədarlıq pozulduğundan bu olay baş verib. Təbii ki, bu iş göründüyü və və hətta bizim qeyd etdiyimiz kimi də sadə deyil... İşin arxasında - hər bir iştirakçının arxasında dayanan yüksək ranqlı məmurlar da var ki, dava da məhz onların arasında gedir...

Bu barədə növbəti yazılarılmızı izləyin..."скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...