Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Adı çoxdanlardan bəri el arasında ironiya ilə "açıq bazar" kimi məşhur olan Gəncə Dövlət Universiteti barəsində redaksiyamıza elə məlumatlar daxil olub ki, eşidəndə matımız-qutumuz qurudu.
Təsəvvür edirsiniz, sözügedən məlumatlardan birində Gəncə Dövlət Universitetinin kənd təsərrüfatı üçün texnikalar alınması məqsədilə 469 min manatlıq tender elan etdiyi deyilir?!
Heç hənanın yeridi ?
Ağır texnikalar Dövlət Universitetinin nəyinə lazımdır axı? - deyə, biz də sizin kimi düşünmüşdük.
Amma, sonra nə öyrənsək yaxşıdır?!
Universitetin rektoru Yusif Yusibovun və Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışan qardaşı Cavanşir Yusibovun Gəncədə və Samuxda əkin sahələri, çox sayda parnikləri, eləcə də villalar və bahalı avtomobilləri var imiş.
Redaksiamıza məlumat verən etibarlı mənbənin sözlərinə görə bu tender elanı da qardaşların öz ciblərinə və şəxsi biznes maraqlarına hesablanıb.
Bundan əlavə, bildirilir ki, Universitetin rəhbərliyi bütün vəzifələri pulla satır. Gəncənin müxtəlif yerlərində, eləcə də ətraf rayonlarda obyektlər, villalar, restoranlar alır. Universitetin büdcəsini müxtəlif təmirlər və tenderlər adı altında talan edir. Universitetə, laboratoriyalara avadanlıq, cihaz, tədrisə lazım olan ləvazimat almır, bütün avadanlıqlar SSSR dövründən qalıb.
Universitetin Bayraq meydanındakı korpusunun qarşısında qeyri-qanuni kafe tikir.
Düzdür, keçən ilin sentyabr ayında İcra başçısı Niyazi Bayramov o, tikintinin qarşısını alıb, yəni həmin kafe sökülüb. Ancaq, həmin ərazidə - universitetin qarşısında rektor Yusif Yusibovun göstərişi ilə prorektorlar Şahin Xurşudov ilə Fəxrəddin Həsənov yenidən kafe tikirlər. Bu kafe həm universitetin görünüşünə, həm də Bayraq meydanının görünüşünə mənfi təsir göstərir. Üstəlik, şəhərin cavan-cahılları da gənc tələbə qızlara görə o, kafeyə axışacaqları da gözləniləndir.
Düzdür, əslində bu mövzuda orada iaşə obyektini tikən məmurla eyni düşünürük, amma eyni dəyərləndirmirik. Obyekt sahibindən fərqli olaraq, biz oraya toplaşacaq cavanların xərcləyəcəkləri pulları deyil, birinci növbədə onların gənc tələblərin (xüsusilə qızların) rahatlıqları və digər məsələlərdə rollarını düşünürük.
Qeyd edək ki, "DogruXeber.az" olaraq hər zamankı kimi məlumatları obyektiv araşdırmaq məqsədilə GDU-nə rəsmi sorğu göndərdik. Söz yox ki, veriləcək cavabı əvvəlcədən təxmin etmək çətin deyildi. "Kim öz ayranına turş deyər" ki?.
Bəli, GDU tərəfindən çox çək-çevirdən (təfərrüatları növbəti yazımızda) sonra göndərilən cavabda deyilir:
"Gəncə Dövlət Universiteti kənd təsərrüfatı təyinatlı olmadığı üçün, kənd təsərrüfatında istifadə olunan ağır texnikaların alınması məqsədi ilə tender elan olunduğu və qalib gəlindiyi fikri tamamilə əsassızdır. Gəncə şəhər Nizami prospekti ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən Universitetin Bayraq meydanı yaxınlığında yerləşən korpusuna yaxın ərazidə inşa edilən tikilinin isə bizim təhsil ocağına heç bir aidiyyatı yoxdur. Bu ərazi sabiq Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev tərəfindən 4 iyun 2018-ci il tarixli sərəncamla Namazov Qəzənfər Teymur oğluna verilib. Hazırda Namazov Qəzənfər Teymur oğlu tərəfindən həmin ərazidə tikinti işləri aparılır."
Əvvəla onu qeyd edək ki, məlumatı göndərən mənbənin iddiasına görə, tender barəsindəki məlumat tam dəqiqdir. Hətta, buna dair faktlar da mövcuddur.
Tikinti aparılan əraziyə gəldikdə isə o və redaksiyamıza göndərilən digər materiallar barəsində növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Yəni anlayacağınız, mövzunu hələ davam etdirəcəyik.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
"DogruXeber.az"