Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Anti-Azərbaycan şəbəkənin önündə gedən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) çirkin və qərəzli təbliğatı dayanmır. Erməni lobbisindən aldıqları vəsaitlərin müqabilində Azərbaycana qarşı hədyanlar yağdırılır, rəsmi Bakı işğaldan azad edilən ərazilərdə sərt tədbirlər həyata keçirməkdə ittiham olunur.
Təşkilatın direktoru Samanta Pauerin sırasına USAİD administratorunun müavini İzabel Koulman da qoşulub. Ermənistanın müstəqilliyi günü ilə bağlı ABŞ-nin İrəvandakı səfirliyində keçirilən tədbirdə ölkəmizə qarşı böhtan dolu fikirlər səsləndirməsi ilə yadda qalıb. Faktları təhrif edən USAİD funksioneri separatizmə dəstək verib, revanşist qüvvələrlə həmrəylik nümayiş etdirib. Rəsmi Bakı da dərhal Koulmanın fikirlərini pisləyən bəyanatla çıxış edib. Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Ayxan Hacızadə bildirib ki, “İzabel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik. Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır. Əvvəla, Pauer və Koulmanın və onları qızışdırıb ortaya atanların korşalan yaddaşlarını növbəti dəfə yeniləmək istərdik”.
Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb. Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil. USAİD-in digər bir qərəzi ondan ibarətdir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi indiyə qədər regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni yanaşmanı nümayiş etdirməyib. İndi durub regionu könüllü şəkildə tərk edən erməni sakinlərlə bağlı guya narahatlığını bildirib.