Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Tarix:21-05-2024, 19:13

Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ? “Bu il Azərbaycan böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Payızda Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı ölkəmizə minlərlə xarici qonaq gələcək. O vaxta qədər sərnişindaşıma xidmətində keyfiyyət dəyişikliyinə nail olmaq lazımdır”.

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebhe.info”-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, paytaxtın sərnişindaşıma sistemində ciddi dəyişikliyə ehtiyac var:

“Qəsəbələrə gedən marşrut avtobuslarının çoxu (136, 171, 107, 155, 159, 157 və s.) köhnədir. Sərnişinlər ödənişi nağd edirlər və kart sistemi tətbiq olunmur. Avtobusların əksəriyyətinin salonu və ya oturacaqları yuyulmur. Çox təəssüf ki, bu hal Əhmədli, köhnə və Yeni Günəşli istiqamətində işləyən avtobuslarda da belədir. Ölkədə koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi bitməyib. O halda avtobusların oturacaqları niyə çirklidir? Aiddiyyəti qurumlar niyə öz işlərini düzgün görmür? COP29-a gələn qonaq, məsələn, 62 saylı marşrut avtobusuna minsə, hansı durumla rastlaşacaq? Hər halda onun Azərbaycan, Bakı haqqında təəssüratı yaxşı olmayacaq”.

QHT sədri deyib ki, marşrut xətlərinin şəhər daxilində lüzumsuz yerə uzadılması da doğru deyil:

“Bu bərbad qaydanı Ziya Məmmədovun zamanında yaratdılar. Avtobusa minirsən ki, A nöqtəsindən B nöqtəsinə gedəsən. Amma avtobus sanki labirintə girirmiş kimi bu küçədən girib o birindən çıxır. Bu, boşuna vaxt itkisidir. Haqlı olaraq sərnişinlər bu durumdan narazı qalırlar. Üstəlik atmosferə daha çox karbon qazı atılır. Bunda yeganə karlı çıxan yanacaqdoldurma məntəqələridir. Məsələn, Nəsrəddin Tusi küçəsindən Sabunçuya işləyən 62 saylı avtobusun “Bəy hamamı”nın yanında Neapol dairəsinə dönməsinə heç bir gərək yoxdur”.

Onun sözlərinə görə, şəhərin mərkəzindən Əhmədliyə işləyən 46 saylı avtobusun da küçə-küçə gəzməsinə ehtiyac yoxdur:

“Heydər Əliyev proslektində isə dayanacaq yoxdur. “Koroğlu” metrostansiyasından çıxdım ki, Dövlət Neft Şirkətinə gedəm. 3 kilometr məsafə qət etdim, amma dayanacaq tapmadım.

Dayanacaqları bu qədər uzatmağa nə ehtiyac var? Qısası, paytaxtın nəqliyyat sistemi insanyönümlü olmalıdır, avtomobilyönümlü yox. İnsanların əksəriyyətinin avtomobii yoxdur. Biz insanlara müraciət edirik ki, hava təmizliyinə görə şəxsi avtomobillərdən imtina edin, ictimai nəqliyyata üstünlük verin. Amma ictimai nəqliyyatın özü bərbaddır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...