Anons

Bu gün, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Bu gün, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Bu gün, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Baş prokuror Kəlbəcər və Laçında olub, hərbçilərlə görüşüb

Tarix:17-08-2023, 13:43

Baş prokuror Kəlbəcər və Laçında olub, hərbçilərlə görüşüb
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib.

Bu barədə MN məlumat yayıb.
Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə olduğu kimi hərbi sahədə də durmadan inkişaf etdiyini bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Hərbi qulluqçularla görüşlər zamanı döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi və digər məsələlər barədə söhbətlər aparılıb.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Baş Prokurorluq da Kamran Əliyevin azad edilmiş ərazilərə səfəri barədə məlumat yayıb.

Məlumata görə, avqustun 16-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub.

Səfərdə nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Müdafiə Nazirinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət edib.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Qubadlı hərbi prokurorluqlarının əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.

Görüşlərdə çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarının inkişafına daim diqqət göstərdiyini vurğulamaqla, işğaldan azad edilmiş rayonlarda xidmət edən prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün maddi-texniki təminat və təchizatın günbəgün daha da yaxşılaşdırıldığını bildirib, onlara tapşırıq və tövsiyələrini verib.

Həmçinin, səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Bundan başqa, səfər zamanı Baş prokuror və nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında həyata keçirilən infrastruktur layihələr, tikinti və quruculuq işləri ilə yaxından tanış olublar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...