Anons

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Haqqımızda Əlaqə

Türkiyə və Azərbaycan deputatları arasında görüş olub

Tarix:18-07-2023, 17:08

Türkiyə və Azərbaycan deputatları arasında görüş olub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvləri arasında görüş keçirilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu dilə gətirib.

O, Fuat Oktayın Türkiyənin vitse-prezidenti olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, onun TBMM-in Xarici əlaqələr komitəsinə rəhbərliyinin həm Türkiyə, həm də Azərbaycan üçün uğurlu olacağına inamını ifadə edib.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyən Səməd Seyidov dövlət başçılarımızın dostluğu sayəsində bu gün ən yüksək səviyyədə olan strateji tərəfdaşlığımız və müttəfiqliyimizdən söz açıb.

Komitə sədri Azərbaycan və Türkiyə arasında parlamentlər səviyyəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığını yüksək dəyərləndirib. Səməd Seyidov Azərbaycan və Türkiyə müttəfiqliyinin, xarici siyasət sahəsində əməkdaşlığının dünyada barışığa və sabitliyə xidmət etdiyini, o cümlədən Cənubi Qafqazda sülhə və regional tərəqqiyə mühüm töhfələr verdiyini bildirib.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edərək münasibətlərimizin gələcək perspektivlərindən danışıb.

Sonra Milli Məclisin deputatları Asim Mollazadə və Nəsib Məhəməliyev, TBMM-in üzvləri Kürşat Zorlu və Utku Çakırözer çıxış edərək iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini səsləndiriblər.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Nigar Arpadarai, Sahib Alıyev, Cavanşir Feyziyev, Sevil Mikayılova, Rasim Musabəyov, Kamran Bayramov, TBMM-in millət vəkilləri Ceyda Bölünmez Çankırı, İsmail Özdemir, Mahmut Rıdvan Nazırlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...