Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

Azərbaycan XİN-dən Ermənistanın bəyanatına CAVAB

Tarix:25-06-2023, 12:07

Azərbaycan XİN-dən Ermənistanın bəyanatına CAVAB Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına cavab verib.

Azərbaycan XİN-in şərhində qeyd edilir:

"Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarmayan, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hal-hazırda prosesə maneçilik törədən Ermənistanın Azərbaycanı nifrət və düşmənçilikdə təqsirləndirməsini qətiyyətlə pisləyirik.

Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik və istintaq tədbirləri ilə əlaqədar Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir.

Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır.

Eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

Qeyd edilənlərlə yanaşı, erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsindən sui-istifadə edilməsi səyləri qəbuledilməzdir. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir və Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...