Anons

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

6-05-2024, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

6-05-2024, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib

Tarix:19-04-2023, 12:00

Prezident İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.

Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirdi və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğuladı. Dövlətimizin başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd etdi, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirdi.

Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verdi, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu dedi. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulandı.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə etdi, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirdi.

Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirdi.

Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edildi.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...