Anons

Bu gün, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Bu gün, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Bu gün, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Bu gün, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Bu gün, 18:43- Qürbətdə Vətən həsrəti

Bu gün, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Bu gün, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Bu gün, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Bu gün, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Bu gün, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Bu gün, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Bu gün, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Bu gün, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Bu gün, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Bu gün, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Bu gün, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Bu gün, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

Dünən, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Dünən, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Dünən, 19:30- Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunu qəbul edib

Tarix:1-03-2023, 12:07

Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edib.

Antonio Vitorino Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvət edildiyinə görə təşəkkürünü bildirdi, bu sammitin hazırda beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından çox yaxşı fürsət yaratdığını dedi.

Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etdiyinə görə Antonio Vitorinoya minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirdi.

Ölkəmizlə rəhbərlik etdiyi təşkilatın səmərəli əməkdaşlığına görə təşəkkürünü ifadə edən Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər. O, həmçinin dedi ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd etdi, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini dedi.

Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğuladı.

Görüşdə azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirildi.

Antonio Vitorino Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...