Anons

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

6-05-2024, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

6-05-2024, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Haqqımızda Əlaqə

Azərbaycan və Portuqaliya XİN-ləri birgə kommünike yayıb

Tarix:4-08-2022, 14:52

Azərbaycan və Portuqaliya XİN-ləri birgə kommünike yayıb
Diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycan Respublikası və Portuqaliya Respublikası Xarici İşlər Nazirlikləri birgə mətbuat kommünikesi yayıb.

XİN-dən verilən xəbərə görə, kommünikedə deyilir:

“4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Son 3 onillik ərzində Azərbaycan və Portuqaliya ikitərəfli münasibətlərin inkişafına birgə töhfə vermiş və iki ölkə arasında əlaqələrin irəliləyişinin şahidi olub.

Bu gün ölkələrimizi ortaq maraqlar və tarixi dostluq əlaqələri birləşdirir. Biz, əlaqələrimizi möhkəmləndirən və ölkələrimiz arasında qarşılıqlı anlaşmaya kömək edən münasibətlərimizin müsbət inkişafını alqışlayırıq.

İqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi, əlaqələrimizin müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlıq və dostluq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Ölkələrimiz arasında qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qədim tarixə malikdir. Avropa İttifaqı çərçivəsində isə əməkdaşlıq istər ikitərəfli, istərsə də çoxtərəfli sahələrdə genişlənir.

Fürsətdən istifadə edərək münasibətlərimizi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlar çərçivəsində inkişaf etdirmək niyyətimizi bildirmək istərdik. Diplomatik münasibətlərimizin 30 illiyi təkcə qeyd etmək üçün bir səbəb deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli gündəliyin genişləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı öhdəlik nümayiş etdirmək üçün mühüm bir fürsətdir.

Biz qarşılıqlı şəkildə hər iki millətə və xalqa sülh, əmin-amanlıq və tərəqqi arzularımızı ifadə edirik”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...