Anons

Dünən, 19:13- Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Dünən, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Dünən, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Dünən, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Dünən, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Dünən, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Dünən, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Dünən, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Dünən, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Dünən, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Dünən, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

20-05-2024, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

20-05-2024, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

20-05-2024, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

20-05-2024, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

20-05-2024, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

20-05-2024, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

20-05-2024, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

20-05-2024, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

20-05-2024, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Haqqımızda Əlaqə

Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində müəyyənləşir - Şuşa Bəyannaməsinin əhəmiyyəti

Tarix:4-02-2022, 11:32

Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində müəyyənləşir - Şuşa Bəyannaməsinin əhəmiyyəti
2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.Sənəd Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Bu ilin fevral ayının 1-də parlamentin keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib.

Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən təsdiqlənib. TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub və qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Şuşa Bəyannaməsinin əhəmiyyətini Trend-ə şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Şuşa Bəyannaməsi diplomatik praktikada olan nadir sənədlərdən biridir.

T.Zülfüqarov bildirib ki, iki ölkə arasında müstəqillik dövründə 400-dən çox sənəd imzalanıb. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan arasında qəbul olunmuş digər səndələrin toplusudur.

"Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik ən yüksək səviyyəyə qalxmış oldu Bu hər iki ölkə üçün vacibdir. Bu tarixi bir sənəddir. Bu sənədin Milli Məclisdə təsdiq olunması hər iki xalqa və beynəlxalq ictimaiyyətə mesajdır. Şuşa bəyannaməsi onu göstərir ki, Azərbaycan Türkiyə müttəfiqliyi bu bölgədə fəal rol oynayacaq. Şuşa Bəyannaməsi imzalanan sənədlərdə olan öhdəlikləri tamamlayır. Bu bəyannamənin Şuşada imzalanması böyük mesajdır", - deyə T.Zülfüqarov qeyd edib.

Türkiyəli akademik Gökmen Kılıçoğlu Trend-in suallarını cavablandırarkən bildirib ki, Türkiyənin Azərbaycana dəstəyi heç zaman dəyişməyəcək. Bu münasibətlərin zirvəyə yüksıldiyi tarix 44 günlük İkinci Qarabağ müharibəsi oldu. Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasında olan müttəfiqliyi göz önünə qoyan xüsusi bir sənəddir.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər diplomatik və siyasi əməkdaşlıqdan çox, qardaşlıq bağlarıdır.

“Hər bir dövlət başqa bir dövlətlə əməkdaşlıq edə bilər, hətta Azərbaycan və Türkiyə gələcəkdə Ermənistanla münasibətləri normallaşdırıb, onunla da əməkdaşlıq edə bilər. Lakin Türkiyə-Azərbaycan münasibətləri daha artıq dəyərlərə sahibdir. Təbii ki, bütün bunlarla yanaşı əldə olunan razılaşmaların, diplomatik əlaqələrin də mühüm əhəmiyyəti var.

İki ölkə arasında 1992-ci ildən bəri ticarət, dostluq, təhsil, mədəniyyət sahəsində onlarla razılaşma əldə olunub. Amma təhlükəsizlik və müdafiə sahəsindəki müqavilələr daha önəmli yer tutur. 2010-cu ildən bəri Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq razılaşması mövcuddur. Dövlət başçıları səviyəsində yüksək səviyyəli strateji əməkdaşlıq şurası mexanizminin təsis edilməsi, Azərbaycanla birgə üçlü və dördlü formatlarda iclasların keçirilməsi regionda sülh və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...