Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Tarix:21-05-2024, 14:29

“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Məlum olduğu kimi, ölkəmizdə onlayn alış-veriş saytlarından, xüsusən də “Trendyol”dan istifadə edənlər kifayət qədər çoxdur. İnsanlar puluna qənaət etmək üçün bu üsulla alış-veriş etməyə üstünlük verirlər. Ölkəmizdə beynəlxalq və ölkədaxili çatdırılma xidmətləri təklif edən bir çox karqo şirkətləri var. Vətəndaşlar onların köməyi ilə istədikləri ölkədən ehtiyac duyduğu məhsulu əldə edə bilirlər. Lakin bəzi hallarda karqo şirkətləri tərəfindən aldadılma, gecikdirilmə, məhsulun itirilməsi və vəsaitin geri qaytarılmaması kimi problemlərlə qarşılaşırlar.

Ölkədə kifayət qədər tanınan karqo şirkətlərindən biri olan “Starex”lə bağlı Publika.az-a şikayət daxil olub. İddia edilir ki, sözügedən şirkət xaricdən gətirilən məhsulun çəkisinə uyğun düzgün qiymət tənzimləmir:

“150 qramlıq məhsul üçün 8.3 manat qiymət təyin edilib. Halbuki saytlarında paylaşdıqları cədvələ uyğun olaraq bu, 5.64 manat edir (maye və təhlükəli məhsullar kateqoriyası - red.). Amma 350 qramlıq çəkiyə uyğun qiymət hesablanıb”, - şikayətdə qeyd olunub.
“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Şikayətçi həm də 1 aya yaxındır sifariş etdiyi məhsulun xarici anbarda qaldığını, lakin bununla bağlı şirkətin heç bir məlumat vermədiyini bildirib: “Artıq bir aya yaxındır sifariş etdiyim məhsul xarici anbardadır. Qaynar xəttə dəfələrlə zəng etsəm də, əlaqə yaratmaq mümkün deyil. Sosial media səhifələrinə də yazmağıma baxmayaraq şirkət konkret məlumat vermir. Məhsulun pulunu geri tələb edəndə isə bunun mümkün olmadığını bildirirlər”.

Bu, ölkədə karqo şirkətlərinin fəaliyyəti ilə bağlı ilk şikayət deyil. Belə narazılıqlar son dövrlər daha da artıb. Pulumuza qənaət etmək istədiyimiz halda ziyana düşürük. Maddi və mənəvi zərərləri ilə yanaşı, istehlakçıların hüquqları da pozulur. Bəs bu kimi hallarla qarşılaşanda hara müraciət etməliyik?

Mövzu ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn ticarətlə klassik ticarət bütün dünyada ciddi rəqabətdədir:

“Azərbaycanda da bu rəqabət mövcuddur. Lakin onlayn ticarətçilər elə edirlər ki, Azərbaycanda əhalinin get-gedə onlara marağı və inamı azalır”.

E. Hüseynov Azad İstehlakçılar Birliyinə karqo şirkətləri ilə bağlı gələn şikayətlərdə istehsalçı hüquqlarının pozulmasının bir neçə halları ilə qarşılaşdıqlarını qeyd edib:

“Vətəndaşların sifariş etdiyi məhsulun yerinə fərqli məhsul göndərilir. Bir çox hallarda sifariş edilən məhsul itirilir və pulu qaytarılmır. İstehlakçı səhv göndərilən məhsulu geri qaytarmaqda və dəyişməkdə çətinliklərlə qarşılaşır. Çatdırılma haqqı öncədən deyiləndən artıq tələb edilir və bu, məhsulun həcminin böyük olması ilə əsaslandırılır".

Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var:

“Problemin həlli müşkül məsələyə çevrilib. Biz belə hallarda idxalçı şirkətlə danışıq yolu ilə məsələni həll etməyə çalışırıq. Həll edə bilməyəndə isə vətəndaşın şikayətini İqtisadiyyat Nazirliyinə yönləndiririk. Təəssüf ki, bu halda da effektli nəticələr əldə edə bilmirik. İstehlakçılar hər hansısa bir problemlə üzləşdikdə 195 qaynar xətt vasitəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat versinlər”.

Məsələ ilə bağlı “Starex”lə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz cavabsız qaldı. Şirkətin mövqeyini dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...