Anons

Bu gün, 19:13- Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Bu gün, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Bu gün, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Bu gün, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Bu gün, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Bu gün, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Haqqımızda Əlaqə

Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək

Tarix:29-11-2021, 10:17

Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək
Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən verilən məlumata görə,İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib:

"QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Hərəkatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişaf etdirilməsinə xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.

QH-nin fundamental dəyər və prinsiplərinin təşviqinə, Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin edilməsinə, habelə QH üzv dövlətləri üçün ümumi maraq kəsb edən məsələlərin həll edilməsinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq bu Şəbəkə, yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaqdır.

Tədbirdə çıxış edən QH üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri QH-nin sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.

İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanılır, Azərbaycanın Hərəkata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçiriləcəyi bildirilir", - məlumatda qeyd edilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...