Anons

Dünən, 19:13- Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Dünən, 17:28- Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

Dünən, 17:04- “Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb

Dünən, 16:18- "Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi

Dünən, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Dünən, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Dünən, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Dünən, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Dünən, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Dünən, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Dünən, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

20-05-2024, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

20-05-2024, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

20-05-2024, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

20-05-2024, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

20-05-2024, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

20-05-2024, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

20-05-2024, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

20-05-2024, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

20-05-2024, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına müraciət edib

Tarix:18-11-2021, 12:00

Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına ​müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları! Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...