Anons

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

6-05-2024, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

6-05-2024, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Haqqımızda Əlaqə

BŞDYPİ məktəblilərin maariflənməsi tədbirlərini yüksək səviyyədə təşkil etməkdədir - VİDEO

Tarix:19-02-2020, 21:50

BŞDYPİ məktəblilərin maariflənməsi tədbirlərini yüksək səviyyədə təşkil etməkdədir - VİDEO Bu gün Hümanitar Fənlər Təmayüllü məktəb-liseyində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Azərbaycanda, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü ilə tədbir təşkil edilib.

YPX.AZ xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Daxili İşlər Nazirliyi və Xətai rayon Polis İdarəsindən nümayəndələr, kütləvi informasiya vasitələri, məktəb-liseyinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin aparılması Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdürü Fəridə Süleymanova həvalə edilib. Şagirdlər komandalar quraraq yarışıblar, onlara ünvanlanan suallarla yol hərəkəti haqqında biliklərini nümaiş etdirib və komandalar arasında müxtəlif yol hərəkəti qaydalarından ibarət maarifləndirici oyunlar oynayıblar.

Tədbirin yekununda qalib gələn komandalara BŞDYPİ-nin rəisi Rəşid Piriyevin imzası ilə təstiqlədiyi təşəkkürnamələr, kubok və “İnci” şirkətinin məhsulları olan məktəb ləvazımatları hədiyyə kimi təqdim edilib. Əlavə olaraq zalda əyləşən şagirdlərdən ibarət tədbir iştirakçılarına da suallar ünvanlanıb və mükafatlandırılıblar.

Fəridə Süleymanova sonda Polkovniki və qonaqları səhnəyə dəvət edib. Səhnədə polis polkovniki Vaqif Əsədov, məktəb direktoru Nəzakət xanım, YPX.AZ media şirkətinin rəhbəri Səməndər Niftəliyev, avto ekspert Elməddin Muradlı və digər qonaqlar çıxış ediblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ-a tədbir haqqında məlumat verərək bildirib ki:

“Ümumiyyətlə Dövlət Yol polisi əməkdaşları gündəlik inzibati tənbeh tədbirlərinin görülməsinə, profilaktik tədbirlərin keçirilməsinə, təbliğat işlərinin aparılmasına önəm verir. Əlbətdə ki, yol polisi olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Əvvəl hərəkətin təşkil edilməsi, daha sonra mərhələ təbliğatın aparılması, xidmət apardığımız ərazidə yol hərəkəti qaydalarını pozanlara inzibati tənbeh tədbirləri görməkdir ki, yol hərəkəti hadisələri sayının azalmasıdır. Bu günki tədbirimizin məqsədi təbliğat işinin gücləndirilməsinə yönəlik olduğunu deməklə yanılmaram və məlumat üçün bildirim ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib ki, qəza hadisələri sayının aşağı düşməsində, xüsusilə məktəb yaşlı, azyaşlı uşaqların həyat və sağlamlığının qorunmasında təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Bu baxımdan Bakı şəhər ərazisində yerləşən təhsil müəssisələri və yaxud təhsiləqədər müəssisələrdə bu tədbirlərin keçirilməsi və keçirilən görüşlərdə azyaşlı uşaqlara yol hərəkəti qaydalarından izahat işlərinin aparılması və təhlükəsizlik qaydalarını aşılanması öndə gedən məqsədimizdir.”

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...