Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

Tarix:11-12-2019, 12:56

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Milli Məclisin Mətbəəsində Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə şəffaf şəkildə keçirilən prosesi beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və müxtəlif seçki subyektlərinin yaxından izləmələrinə hərtərəfli imkan yaradılıb. Tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın təmin olunması üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Seçki bülletenlərinin bu gün – dekabrın 11-də Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə yerləşən ümumilikdə 24 seçki dairəsinin, dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin dairə seçki komissiyalarına verilməsi nəzərdə tutulur. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir.

Xatırladaq ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, noyabrın 30-dan etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə tələbinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...