Anons

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Klinik psixoloq Zəhra Hüseynzadə: "Mükəmməlçilik ailələrə böyük ziyan vurur”

Tarix:12-02-2025, 01:00

Klinik psixoloq Zəhra Hüseynzadə: "Mükəmməlçilik ailələrə böyük ziyan vurur” Mükəmməlçilik və ya perfeksionizm, yəni hər şeyin mükəmməlinə can atmaq son illərdə bütün dünyada populyar mövzulardan birinə çevrilmişdir. Oxucularımıza bu barədə məlumat vermək üçün araşdırdıqda isə maraqlı bir faktla rastlaşdıq: Üç il öncə ölkəmizdə bu barədə bir monoqrafiya yazılıb: “Daha yaxşının ziyanları”. Düşündük ki, bu barədə ən dəqiq məlumatları məhz bu kitabın müəllifindən almaq olar.
Beləliklə, Klinik psixoloq Zəhra Hüseynzadə ilə mükəmməlçilik mövzusunda söhbətimizi sizə təqdim edirik.

- Salam, Zəhra xanım. Hər şeydən öncə mükəmməlçiliyin nə olduğu barədə oxucularımıza məlumat vermənizi xahiş edirəm.

- Mən də sizi və hörmətli oxucularınızı salamlayıram. Mükəmməlçilik sadəcə olaraq işini gözəl və mükəmməl şəkildə görmək istəyi deyil. Bu, instinktiv olaraq hamıda var. Amma mükəmməlçi bundan ötrü təşviş keçirir, özünü danlayır, digərlərini danlayır, heç kimin işini bəyənmir, “daha yaxşı edə bilərdin” düşüncəsi ilə kimisə tərifləmir, həvəsləndirmir. Mükəmməlçi, mükəmməlçiliyi həyat tərzinə çevirən, hər an bu devizlə nəfəs alan, gələcəyin planları, qayğıları və keçmişin təəssüfləri ilə yaşayan, həyatı özünə və ətrafına dar edəndir.

- Bəs bu həyat tərzi niyə pisdir? Cəmiyyəti inkişaf etdirən də bu deyilmi?

- Bu həyat tərzi insanın həm özünə, həm də ətrafına – ailəsinə, işçilərinə böyük ziyanlar vurur. Bu ziyanlara həm depressiya, stres, təşviş, okp, dismorfofobiya, ruminasiya və sosiofobiya kimi psixi pozuntular, həm də müxtəlif bədən ağrıları, sinir problemləri, başağrıları, ürək-damar və mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Mükəmməlçi nə özü anı yaşayıb həyatdan həzz ala bilir, nə də ətrafını buna qoyur. Cəmiyyəti inkişaf etdirən amil isə həyatı cəhənnəmə çevirmək deyil, işini vicdanla, dürüst şəkildə görməkdir. Bu isə həmişə ən yaxşısı olmur.

- Deməli, ən yaxşısına can atmaq düzgün deyil. Yəqin, buna görə kitabınızın adını “Daha yaxşının ziyanları” qoymusunuz.

- Bəli, insan birdəfəlik qəbul etməlidir ki, nə etsə də, yenə daha yaxşısı, daha güclüsü, daha gözəli olacaq. Birdəfəlik bilməlidir ki, mükəmməllik yalnız Allaha məxsusdur.

- Bir qədər kitabınız barədə məlumat verin mümkünsə. “Daha yaxşının ziyanları”nda nələr var?

- Əslində, indiyə qədər dediklərimin hamısı bu kitabda var. (gülür) Kitabda mükəmməlçiliyin nə və niyə pis olduğundan bəhs edilir, mükəmməlçiliyin əlamətləri, psixi və fiziki fəsadları, ailə həyatına, valideyn-övlad münasibətlərinə vurduğu ziyanlar geniş izah olunur. Kitabın özəlliklərindən və onu daha maraqlı edən cəhətlərdən biri real pasiyentlərlə - təbii ki, gizliliyi qorumaq şərtilə - seanslardan nümunələrin qeyd olunmasıdır. Bu, şərait yaradır ki, oxucu özünü psixoloji seansda hiss etsin. Bundan əlavə, mükəmməlçiliyin nədən yarandığı və bu problemdən qurtulmaq üçün lazımi tövsiyələrə də geniş yer verilmişdir.

- Həmin tövsiyələrin ən əhəmiyyətlilərini bizim oxucularımızla bölüşə bilərsiz? Təbii ki, yalnız adlarını çəkməklə.

- Əlbəttə. İlk tövsiyə Mükəmməlçiliyin problem olduğunu qəbul etməkdir. Əks təqdirdə, heç bir məsləhətin, heç bir terapiyanın xeyri olmaz. Bundan əlavə, gözləntiləri azaltmaq, heç kimin işinə qarışmamaq, həyatı ya ağ, ya qara rəngdə görməmək, özünün və digərlərinin müsbət cəhətlərini görmək, özünü sevmək, anı yaşamaq, keçmişə və gələcəyə qaçmamaq və həyat tərzinə düzəliş etmək vacib amillərdir.

- Maraqlı müsahibə üçün təşəkkür edirəm.

- Çox sağ olun. Mən təşəkkür edirəm.

Klinik psixoloq Zəhra Hüseynzadə: "Mükəmməlçilik ailələrə böyük ziyan vurur”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...