Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

"Dahilər tədris mərkəzi"nin rəhbəri Sevinc Mustafayeva: "Qısa zamanda bu qədər seviləcəyimiz ağlıma gəlməzdi"

Tarix:16-11-2024, 23:00

"Dahilər tədris mərkəzi"nin rəhbəri Sevinc Mustafayeva: "Qısa zamanda bu qədər seviləcəyimiz ağlıma gəlməzdi" - Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən uşaq yaşlarımdan hər zaman müəllimliyi sevmişəm, öyrənməyi öyrətməyi sevmişəm. Uşaqlıqdan hər zaman ən böyük arzum “İbtidai sinif müəllimi” olmaq olub. Və bununla yanaşı idarəçilikdə hər zaman marağımı çəkib.

- Neçə ildir ki, bu sahədəsiniz

- Kurs rəhbəri olaraq ikinci ildir ki, bu sahədə çalışıram. Ancaq daha öncədən də uzun illər bu sahədə yetəri qədər təcrübəm var.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Tədris mərkəzimi böyütmək üçün tanınmaq, nümunəvi kurs olmaq üçün və ən əsası nəticələrimizin yüksək olması üçün dayanmadan çalışıram. Daim yeniliklər, yeni yollar axtarışındayam. Valideynlərə, uşaqlara daha yaxşısını təqdim etmək üçün yeniliklərin ardınca gedirəm hər zaman.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Bizdə tədris mərkəzi olduğu üçün hazırlıqlarla bağlı daha çox müraciət olur. Və bununla yanaşı psixoloq, loqoped və s. üçün də müraciətlər olur.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Necə olur olsun, mən şagirdin dərsdə vəziyyəti ilə bağlı valideynə düzgün məlumat verilməyinin tərəfdarıyam. Pul qazanmaq xatirinə valideynə şagirdin dərsləri haqda yaxşıdı deyib yola verməyə qəti şəkildə “yox” deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Çalışqanam. Əzmliyəm. Məqsədlərim üçün çalışmaqdan yorulmuram. İşimdən məsuliyyətlərimdən bezmirəm. İşimə heç zaman səhlənkar yanaşmıram. Və nə olur olsun, hər zaman vicdanımla yaşayıram, vicdanımla işləyirəm. Qərarlarımı da vicdanımla verirəm hər zaman.

- Ailəlisinzimi?

- Bəli, ailəliyəm. 16 yaşında qızım, 14 yaşında isə oğlum var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Daha çox qadınlara olacaq məsləhətim. Çox çalışın, məqsədləriniz üçün, xəyallarınız üçün çox çalışın. Yıxılmaqdan qorxmayın. Yenidən başlamaqdan qorxmayın. Özünüz üçün gələcəyiniz üçün daha sonra peşman olmamaq üçün həyatınızda bir dəfə belə olsa cəhd edin.

- Mən bu sahəyə gələrək ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, qısa zamanda bu qədər sevilərik, tanınarıq. Etibar, inam qazanarıq. Amma ən əsası odur ki, biz bu inamı, etibarı, bu nəaliyyətləri qazanmaq üçün "Dahilər" kollektivi olaraq çox çalışırıq!..

Əlaqə nömrəsi: (010) 524 74 78

Instagram: dahiler_tedris_merkezi

"Dahilər tədris mərkəzi"nin rəhbəri Sevinc Mustafayeva: "Qısa zamanda bu qədər seviləcəyimiz ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...