Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
İbtidai sinif müəllimi Qədir Məmmədov: "Bu qədər çox şagirdin sevgisini qazanacağım ağlıma gəlməzdi"
- Qədir müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan müəllimliyə böyük marağım olub. Həyatda seçimlərimizi müəyyən edən əsas amillərdən biri məncə, ailə dəyərləridir. Atam çox zəhmətkeş bir insan idi, mənim üçün nümunəvi bir ata idi. Təəssüf ki, onu itirsəm də, onun öyrətdiyi dəyərlər bu gün də hər addımımda mənə rəhbərlik edir. Bu, məni müəllimlik sahəsinə bağlayan ən böyük amillərdəndir. Öz yolumda addımladıqca, hər zaman şagirdlərimi də şəxsiyyət kimi yetişdirmək, onlara insanlıq dəyərlərini aşılamaq əsas məqsədim olub. Alim deyil, adam olmaq, həqiqi şəxsiyyət olmaq üçün onlara tərbiyə vermək və bu prinsipi öz içimdə daşımaq mənim üçün əsasdır.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Beş ildir ki, müəlliməm, onlardan ilk üç ilini Cəlilabadda, daha sonra isə İsmayıllının İstisu kəndində işləmişəm. Bu illər ərzində müxtəlif bölgələrdə, fərqli mühitlərdə işləmək mənə çox şey öyrətdi. Hər bir bölgədə fərqli şagirdlərlə çalışmaq təcrübəmi artırdı və mənim üçün hər biri özünəməxsus bir dərs oldu.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Tədris proqramından əlavə, şagirdlərimin sosial və şəxsi bacarıqlarını inkişaf etdirməyi önəmsəyirəm. Əsas məqsədim onların yalnız bilik deyil, həm də düzgün düşüncə, dərin dəyərlərə malik, şəxsiyyət olaraq formalaşmalarına dəstək olmaqdır. İstəyirəm ki, onlar fikirlərini açıq, səmimi və səliqəli şəkildə ifadə edə bilsinlər. Həyatdakı uğur yalnız akademik nailiyyətlərdən deyil, həm də düzgün insan olaraq yetişməkdən asılıdır. Alim yox, şəxsiyyət kimi yetişsinlər – bu, mənim tədris prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son dövrlərdə həm şagirdlər, həm də valideynlər fərdi inkişafla bağlı tez-tez mənə müraciət edirlər. Şagirdlərim arasında özünü ifadə etmək, məqsəd müəyyənləşdirmək və həyatda yer tapmaq sualları çox aktualdır. Valideynlər isə övladlarının yalnız bilik deyil, düzgün həyat dəyərləri ilə yetişməsini arzulayırlar. Bu mənada, mən hər birinin həyat yolunda düzgün istiqamət tapmasına çalışıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Ən böyük “yox” dediyim şey, sadəcə qiymət uğrunda təhsil almaq anlayışıdır. Mənim üçün təhsil dərin və mənalı olmalıdır. Şagirdlərimə yalnız dərs verməklə kifayətlənmirəm; onların hər bir dərsi, hər bir məlumatı anlayaraq mənimsəməsinə və dərk etməsinə üstünlük verirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi, pozitiv və açıqfikirli biriyəm. Dürüstlük və şəffaflıq əsas dəyərlərimdir. Həmçinin öz üzərimdə daima işləməyi və öyrənməyi sevirəm. Məncə, hər müəllim öz nümunəsi ilə şagirdlərinə necə bir insan olmağın yolunu göstərməlidir.
- Ailəlisinizmi?
- Xeyr, subayam və hazırda bütün diqqətimi peşəmə yönəltmişəm. Hər gün şagirdlərimlə işləmək, onların inkişafına töhfə vermək mənim üçün ən dəyərli təcrübədir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Ən böyük məsləhətim budur ki, müəllim nüfuzunun cəmiyyətdə inkişafına öz töhfələrini versinlər. İstər şagirdlər, istərsə də cəmiyyətimizdə hər bir şəxs bu dəyərləri yüksək tutmalıdır. Müəllimlik nüfuzunu yüksəltmək üçün, gənclər təhsilə dəyər verməli və bu sahədə sağlam bir təməlin qoyulmasında iştirak etməlidirlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər çox şagirdin sevgisini qazanacağam. Onların həyatında bir izi olacağını düşünmək, onların sevimli müəllimi olmaq mənim üçün böyük bir şərəfdir. Eyni zamanda, bu sahədə daha da irəliləmək üçün “Uşaqların Dünyası” adlı kitab yazmağı da planlaşdırıram. Çünki onların düşüncə və duyğularını daha dərindən başa düşməyin və onlarla hekayələrimi bölüşməyin mənim və onlar üçün böyük fayda verəcəyinə inanıram.
- Əlavə etmək istədiyiniz başqa nə isə varmı?
- Əlbəttə, mənim üçün ən dəyərli və özəl olan dostlarımdan – Nicat və İbrahimdən danışmamaq olmaz. Maraqlıdır ki, onlar müəllim olmasalar da, hər zaman mənimlə müəllimlik ruhunu bölüşür, bu sahədə addımladığım yolda əvəzsiz dəstəkçi olurlar. Həqiqətən, onların müəllim olmaması bizim söhbətlərimizi, apardığımız müzakirələri daha səmimi və fərqli edir. Çünki onların baxışlarında peşə təcrübəsindən daha çox, dostluğun, sirdaşlığın və qardaşlığın dərinliyi var.
Biz bir yerə toplaşanda, peşəmdən danışanda onlar məni diqqətlə dinləyir, fikirlərimi dəstəkləyir, hətta öz düşüncələrini əlavə edirlər. Bəzən isə elə bir məqam gəlir ki, onlar məni düşündürəcək, irəli aparacaq elə sözlər deyirlər ki, özümə deyirəm: “Bu sözləri yalnız bir dost, həqiqi bir sirdaş deyə bilər.” Onların hər biri mənim üçün güclü dayaq, qarşılıqsız anlayış və heç zaman tükənməyən dəstəkdir.
Dostlarımla olan bu söhbətlərdə müəllimlikdən də geniş bir dərinlik var. Biz, əslində, şagirdlərimizi insan kimi yetişdirməyi, onlara yalnız dərs deyil, həyat dərsi öyrətməyi müzakirə edirik. Müəllim deyildirlər, amma məhz müəllimlərin ruhunda olan o böyük insan sevgisini, dərin düşüncə və anlayışı onlar məndə daha da dərinləşdirirlər. Hər görüşümüzdə onların səmimi dəstəyi məni ruhlandırır, peşəmə olan sevgimi artırır və işimdə daha möhkəm addımlamağa güc verir.
Əlaqə nömrəsi: (050) 515 42 77