Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
- Zəhra xanım, necə oldu ki, bu sahəyə gəldim?
- Bu sahəyə öz istəyimlə gəlmişəm. 2007-ci ildən etibarən müəllim kimi fəaliyyət göstərməyə başladım. İllərlə universitedə, məktəbdə fəaliyyət göstərmişəm.
İlk olaraq ofis proqramları ilə başladım. Həmin ildən etibarən isə həm Dövlət Qulluğu, həm də Magistr üçün tələbələr hazırlamağa başlamışam. Hal-hazırda da fəaliyyətimi informatika müəllimi kimi davam etdirirəm. Bunu da qeyd etmək istərdim ki, bu il mənim kitabım işıq üzü görəcək.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on yeddi ildir ki, bu sahədə çalışıram.
- Bu illər ərzində nə müşahidə etdiniz?
- Əvvəlki illərə nisbətən bu sahədə daha çox irəliləyiş müşahidə etdim.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox Dövlət Qulluğu və Magistratura ilə bağlı müraciətlər olur. Bundan başqa, təbii ki, abituriyentlərin də çoxsaylı müraciətlərini alırıq.
- Hansı yaş qrupuna aid tələbələrlə çalışırsınız?
- Dövlət Qulluğunda 65 yaşa qədərdir. Amma bu il 58 yaşında olan tələbəm də olub.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə irəli getmək, yenilik axtarmaq və ən əsası davamlı olaraq öz sahəmdə axtarışda olmaq əsas iş prinsipimdir.
- Bir kurs rəhbərisiniz. Bu kursun ərsəyə gəlməsi necə oldu?
- Mən əvvəlcə başqa kurslarda işləyirdim. Düşündüm ki, öz kursumu yarada bilərəm.Bugünkü gün də nəticə göz önündədir.
- Kursunuzun fəaliyyəti nədən ibarətdir?
- Bizim kursda Dövlət Qulluğu hazırlığı Abituriyent hazırlığı və s.var. Qeyd edim ki, son iki ildə tələbələrimizin sayı olduqca artıb.
- Digər kurslardan üstünlüyünüz nədir?
- Biz dəfələrlə respublika birincisi olan tələbələr yetişdirmişik.Son olaraq bu suala cavab kimi bunu da bildirmək istərdim ki,uğura gedən yolun tək ünvanı bizdən keçir.
- Xarakter olaraq necə birisiniz?
- Mülayim,səmimi və olduqca tələbkar biriyəm.
- Sizcə, bir müəllimdə vacib olan elementlər hansılardır?
- Tələbkarlıq, dərslərinə zaman ayırması əsas elementlərdəndir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bu iş səbir tələb edir. Biz bu yerə səbir edərək gəlmişik. Məsləhətim odur ki, öz üzərlərində çox çalışsınlar. Bol-bol mütaliə etsinlər. Onda uğura bir addım daha yaxın olacaqlar.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu sahədə bu qədər irəli gedib,öz peşəmin bu qədər peşəkarı ola bilərəm.
Əlaqə nömrəsi: (055) 714 78 87