Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Uşaq və yeniyetmə psixoloqu Səltənət Əhədzadə: "Uşaqlara qarşı sözlü və fiziki şiddətin əleyhinəyəm"
- Səltənət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Psixalogiyaya marağım 13-14 yaşımdan başlayıb. Lakin heç fikirləşməmişdim psixoloq olaram.
Ali təhsil alanda müəllimliyi seçdim, çünki uşaqları çox sevirəm və onlarla işləmək mənim üçün çox maraqlıdır.
Oxuduğum müddətdə psixologiya dərsləri keçməyə başladım və o zaman anladım ki psixoloq olmaq istəyirəm.
Peşəmi çox sevirəm və psixoloq olduğum üçün peşman deyiləm.
Uşaqlar bizim qələcəyimizdir və biz onlara dəstək olmalıyıq.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Bu sahəylə 2010-cu ildən məşğulam, lakin son 6 ildir ki uşaq psixoloqu kimi çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Nitq ləngiməsi, inkişafın ləngiməsi, diqqət əksikliyi və hiperaktivlik pozğunluğu, qorxu, aqressiya, autizm spektor pozuntusu və pedaqoji baxımsızlığı olan uşaqlarla çalışıram.
Bununla yanaşı azərbaycan və rus dilində digər diaqnozlu uşaqlarla qrup şəklində psixopedaqoji təlimlər keçirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Düzgün yanaşmayla hər bir uşaqın ürəyinə gedən yolu tapmaq olar.
Hər bir uşaq bir dünyadır, hansı ki özünü tapmayıb və onu kəşf etmək bizim işimizdir.
- Hansı yaş qrupuna aid uşaqlarla işləyirsiniz?
- Əsasən uşaqlarla və yeniyetmələrlə, istisna hallarda böyüklərlə də işləyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar valiydenlər bu şikayətlərlə yaxınlaşır:
⁃ Autizm spektor pozuntusu
⁃ İnkişaf ləngiməsi
⁃ Diqqət əksikliyi
⁃ Qorxu
⁃ Aqressiya
⁃ Nitq ləngiməsi və s.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqlara sözlü və fiziki şiddətə “YOX” deyərdim.
- Xarakter olaraq necə birisiniz?
- Bu sualı ətrafımda olan insanlardan soruşsanız daha doğru olardı. Lakin düşünürəm ki, pozitiv, ədalətli, ünsiyyətcil, səbirli, realist və istiqanlıyam, hər kəslə dil tapıram, arada bir seçiçi oluram, punktual biriyəm.
- Ailəlisinizmi?
- Bəli, artıq 12 ildir ki, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim budur ki, nə qədər övladlarınız balacadır, onlarla bacardığınız qədər daha çox vaxt keçirdin. Düzdür, hər yaşın öz gözəlliyi var, lakin uşaqlıq dövrü çox vacibdir. Çalışın, onları mavi ekrandan uzaq tutun (telfon,televizor,planşet və kompyuter).
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, uşaqlarla vidalaşmaq bu qədər çətin olacaq. Bir tərəfdən də sevindiricidir ki, onlara köməyim dəyir.
Əlaqə nömrəsi: (055) 553 47 15