Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Endokrinoloq Dr. Nəsibə İmaməliyeva qalxanabənzər vəzi xəstəliklərindən danışdı

Tarix:1-09-2024, 19:56

Endokrinoloq Dr. Nəsibə İmaməliyeva qalxanabənzər vəzi xəstəliklərindən danışdı - Nəsibə xanım, Qalxanabənzər vəzi xəstəlikləri nədən yaranır?

- Qalxanabənzər vəzi xəstəlikləri müxtəlifdir. Yaranma səbəbləri içərisində ən çox yod çatışmazlığı durur. Eyni zamanda genetik və ətraf mühit faktorları da mühüm rol oynayır.

- Bu xəstəliklər daha çox hansı yaş qrupuna aid insanlarda müşahidə olunur?

- Ən çox 30 yaşdan yuxarı insanlarda rast gəlinir. Müraciət edən pasiyentlərin 10-dan 8-ni qadınlar təşkil edir.

- Diaqnoz necə qoyulur?

- Diaqnoz ilkin olaraq qalxanabənzər vəzin USM-si və qanda hormonlara baxmaqla mümkündür. Ehtiyac olduqda, yəni şübhəli düyünlərdə TİİAB(Tiroid incə iynə aspirasyon biopsiya) icra olunur. Eyni zamanda differensial diaqnostika üçün sintiqrafiya müayinəsi də lazım ola bilər.

- Müalicəsi hansı üsulla aparılır?

- Müalicə düzgün diaqnoz qoyulduqdan sonra təyin olunur. Qalxanabənzər vəzi xəstəlikləri çesidli olduğu üçün müalicədə fərqlidir. Hipotiroidizm yəni el arasında tənbəl zob dediyimiz hallarda əvəzedici müalicə, hipertiroidizm (zəhərli zob) hallarında isə əsasən antitiroid preparatlarla, müalicəyə tabe olmayan hallarda əməliyyat və radioaktiv yod terapiyası göstəriş ola bilər. Tiroid düyünlərində müalicə əsasən biopsiya nəticəsindən sonra bəlli olur. Biopsiya nəticəsindən sonra xərçəng hüceyrələri aşkar olunarsa, mütləq əməliyyata göstərişdir. Ölçüsü kiçik xoşxassəli düyünlər təqibə alınır.

- Nəticələrinizi neçə müddətdən sonra əldə edirsiniz?

- Düzgün diaqnoz qoyulduqdan sonra, əlbəttə, nəticə tez əldə olunur. Qalxanabənzər vəzi xəstəlikəri rahat diaqnoz qoyulub, müalicə olunan xəstəliklər sırasındadır. Nəticələrimiz şükür ki, həmişə effektli olub.

- Son olaraq bu mövzu ilə əlaqədar nə dəmek istərdiniz?

- Son olaraq deyə bilərəm ki, boğulma, halsızlıq, boğaz nahiyəsində narahatlıq, səs dəyişməsi, saç tökülmə, dırnaq qırılması, çəkinin artması və ya azalması bu kimi şikayətləriniz varsa, qalxanabənzər vəzi xəstəliklərindən xəbər verə bilər. Vaxtında qoyulan diaqnoz həyat qurtarır. Sağlamlığınızı peşəkarlara etibar edin.

Əlaqə nömrəsi: (070) 684 87 97

Instagram: dr.nesibe_imameliyevaскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...