Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Aydan xanım, necə oldu ki, bu sahəyə gəlmək qərarına gəldiniz?
- Öncə özümü təqdim edim. Mən Aydan Məmmədova 2003-cü il 23 Noyabr doğumluyam. 2020-ci ildə Bakı Qızlar Universitetinin Psixologiya fakultəsinə daxil oldum. Tələbə adını qazanmağı özümə hədəf qoyduğum andan mən Psixoloq olacam demişəm. Bu sahə mənə insanları daha yaxşı tanımağa, onları doğru şəkildə analiz edə bilməyə və özümü kəşf etməyə kömək edəcəkdi. Həqiqətən də elə oldu. O zamanlarda psixologiya barədə o qədər də məlumatım yox idi, amma indi keçmişə baxanda bir çox məslələri bilirəm və maraq dairəm, araşdırmalarım, hədəflərim böyüyüb. Özünü inkişaf demək bu olsa gərək. Hazırda bildiklərim də ola bilsin ki, gələcəkdə bilcəklərimdən az ola bilər, lakin indi bildiklərin növbəti və yeni addımlarıma kömək olacaq. Mən psixoloq olduğum üçün çox sevinirəm və sahəmi çox sevirəm. Hətta bu xarici görünüşümə, duruşuma, xarakterimə, düşüncələrimə, duyğularıma və digər var olmağımda rol oynayan proseslərə təsir edib.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Qeyd etdiyim kimi, bu sahəyə 2020-ci ildə gəlmişəm. Bu dövr Covid-19 zamanı ilə üst-üstə düşdüyü üçün təhsil onlayn oldu, ölkə olaraq karantin şəraitində olduğumuz üçün sərbəstlik yox idi. Buna baxmayaraq onlayn olaraq mən psixologiya ilə bağlı araşdırmalar aparır, psixoloji məlumatlar paylaşılan qruplara, seminar və təlimlərə qatılırdım. Hətta əməkdaşlıq etdiyim şəxslərdə vardı. 1-ci kurs bir sıra şəraitlərin qısıtlanmasına baxmayaraq bu sahə üzrə addımlayırdım. 2021-ci ildən isə həm təhsilim, həm də öz inkişaf ilə maşğul idim. Bu il çərçivəsində mən dövlət qurumlarında könüllü olaraq fəaliyyət göstərərək sosiallaşmaq və özümü daha yaxından tanımaq üzrə addımlayırdım. Son könüllü fəaliyyətim isə EmpaTV Sosial-Psixoloji Media (MMC) oldu. 3 aylıq könüllü fəaliyyətimdə burda çox hadislərlə rastlaşdım, təlimlər, seminarlar,konfranslar, kurslarda və bəzi fəaliyyətlərdə iştirak etdim. O zamandan indiyə kimi də EmpaTV-də fəaliyyət göstərirəm. Mən artıq 3 ildir ki, peşakar psixoloq yolu üzrə irəliləyirəm. Fəaliyyət müddətində də təcrübə əldə etmişəm. Eyni zamanda 2023-cü ildən bu günə kimi EmpaTV YouTube kanalında eşitmə məhdudiyyətlər üçün “Hamı Eşitsin” proqramının aparıcısıyam. Məqsəd: cəmiyyətin hər bir üzvünü psixoloji cəhətdən maarifləndirməkdir. Onlarıda anlaşılmağa, dinlənilməyə, eşidilməyə, sosiallaşmağa və cəmiyyətin bir üzvü olduğunu hiss etməsinə ehtiyacı olduğu kimi bizim də onlara ehtiyacımız var. Onlar sadəcə bizi eşitmirlər, amma bu bizi duymalarına əngəl deyil. Fiziki olaraq əngəlli olsalarda ruhən sağlamdırlar. 20 yaşımın olmasına baxmayaraq bu sahə üzrə özümü həmyaşıdlarımdan daha təcrübəli hesab edirəm, Bu mənim şəxsi fikrimdir. 2024-ci ildə məzun oldum ki, artıq rəsmi olaraq psixoloq olaraq fəaliyyət göstərməyə başladım. Bu il ərzində bir neçə seminarda təlimçi olaraq iştirak etmişəm. Mən bu sahə üzrə psixologiya ixtisası üzrə tələbə adını qazanandan özümü hə inkişaf etdirir, həm də təcrübə əldə etmişəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Öz sahəm üzrə yuxarıda qeyd etdiyim kimi, psixoloji maarifləndirmə işləri aparıram.
Necə?
EmpaTV YouTube kanalında eşitmə məhdudiyyətlilər üçün “Hamı Eşitsin” proqramında aparıcı olaraq psixoloji cəhətdən məlumatlandıraraq.
Psixoloji məqalələr dərc edərək.
Psixoloji seminarlar keçərək.
Yeniyetmələrlə psixoloji görüşlər keçirərək.
Psixoloji layihələr işləyərək .
Seanslar keçərək və s.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Hələ psixoloq olaraq rəsmi fəaliyyət göstərmədən öncə seanslar təşkil etməməyimə baxmayaraq psixoloq olduğumu öyrənəndə istər-istəməz özlərini danışırdılar. Bu isə əsasən münasibətlər ( ailədaxili, sevgi, dostluq və s.), düşüncələri, onları idarə edə bilməməsi, panik atak, depressiya, uşaqlıq travmalar və s. olurdu. Bu eyni ilə indi də belədir ki, artıq indi seans qəbul edərək onlara rahatsız olduqları məslələrdə köməklik edə bilirəm. Müraciətlər arasında müqayisə etdikdə isə görə bilərik ki, daha çox ailədaxili münasibətlər, qadın və kişi münasibəti və uşalıq travmaları üzrə seans istəyirlər. Psixoloq olaraq bunu qeyd edim ki, ən çox müraciətlər həmin şəxsin düşüncələri ilə bağlı olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Mütəxəssis olaraq rahatsız olduğum, qoyduğum sərhədləri önəmsənmədikdə, sevmədiyim nələrsə istəndikdə, mənə neqativ təsir edə biləcək məsələlərə və bəzi hallara da "yox" deyirəm. Ümumiyyətlə, özümü kəşf, qəbul etdiyimiz, hətta anladığımız andan bizi narahat edən situasiyalardan özümüzü qorumaq üçün yox deyə bilirik.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq prinsipial, dürüst, realist, mərhəmətli, inadkar, həssas, səmimi, anlayışlı, qərarlı, əyləncəli (çox zaman ciddi görünürəm), anlayışlı, qərarlı, araşdırmacı, detaylara daima diqqət edən ( titiz, takıntılı) , daima düşünən, sadiq, azad ruhlu, iradəli, nə istədiyini bilən, bir sözlə, özümü hər halımla qəbul etməyi bacaran biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara özlərini kəşf etmələrini məsləhət görürəm. Sürü psixologiyasından çıxıb öz istəklərini araşdıraraq inkişaf etsinlər. Cəmiyyətdə bir sıra düşüncə qəliblərindən azad olmağa üz tutsunlar. Bu cəmiyyətin insanları dəyişməyəcək, mən istədiklərimi edə bilməyəcəm kimi düşüncələrdən uzaq durun. Həyatı sən olduğun üçün davam edirsən. İstəklərində sənin öz əlindədir. Keçmişin də, indiki anın da, gələcəyin də səndə asılıdır , sənin düşüncə və hislərindən. Özünü qəbul etməyin, tanımağın həyatında bir çox məslələrə aydınlıq gətirəcək. Öz yaşam səbəbinin fərqində ol!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bəli! Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, öz xalqımı dəyişmək üçün peşakar psixoloq yolu üzrə istiqamət müəyyən edim. Mən cəmiyyətimdə olan qəlib halında olan düşüncələri, zəncirləri qırmaq üçün vəzifə üstlənmişəm. Psixoloq olaraq bunu edə biləcəyimə inanıram. Çünki həyat insanlar toplusunun deyil, o toplumu yaradan şəxslərindir! Bəs siz bu barədə nə düşünürsüz?
Əlaqə nömrəsi: (050) 752 64 43