Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi"

Tarix:1-09-2024, 19:51

Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi" - Arzu xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Ailəmizdə sağlamlıq imkanı məhdud olan (autizm sindromlu) biri olduğundan qüsurlu uşaqlara aid kitablar, dərsliklər gözümün önündə olub. Hər zaman belə bu sahəyə maraq yaranıb. Hər zaman arayıb araşdırmışam ki, səbəb nə ola bilər? Və beləcə, bu sahədə özümü gördüm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 15 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Bəlli iş təcrübəm olsa da bu sahədə daim araşdırmalar aparmağı özümə borc bilirəm. Hər zaman yeniliklər etməyə çalışıram. Şükür ki, hər zaman təlim və masalarımın vasitəsilə usaqlarımın doğru və gözəl nitqi olması üçün, nitə qüsurlarının aradan qaldırılması üçün və hərtərəfli inkişafı üçün əlindən gələni edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlar psixi xəstəliklər, autizm sindiromlu ünsiyyətdə çətinlik çəkən uşaqlar, udma, çeynəmə, nəfəs problemləri, müxtəlif səslərin pozulması, nitqin sürətinin normada sürətli və ya əksinə yavaş olması, kəkələmə, inkişaffdan qalmış nitq, iflic insult, nitqin tamamiylə və ya qismən itirilməsi və s. problemlərlə bağlı müraciətlər daha çox olur.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Bu gün sağlamlıq imkanları məhdud uşaqların əsas səbəbi ailədə olan gərginlik, agresiya, ailə daxili münasibət, şiddət, uşaqlarda nitq geriləlməsinə səbəb olur. Çox istərdim ki, valideynlər uşaqları ilə dost olsun, ünsiyyət çox qursunlar, xoş rəftar etsinlər, böyük problemlərdə birici qidaya fikir versinlər, əsas da autustik spektr pozuntusu olan usaqların valideynləri un məmulatları, süd məhsulları və sirniyyatlardan uzaq tutsunlar.

- Xarakter olaraq necə birisiniz?

- Səbrli, iradəli, tələbkar, mehriban biriyəm. Hər zaman da ilk öncə uşaqlarla sevgimi paylaşıram. Mənə etibar etsinlər.

- Ailəlisinizmi?

- Bəli. Üç övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Bildiyimiz kimi, qüsurlu uşaqların valideyni milyon xərcləyir ki, uşaqlarında cüzi irəliləyiş olsun. On bir ilin mütəxəssisi olaraq çox xahiş edirəm ki, uşaqlarınızı qonşuya, qohuma, nənəyə, babaya baxıb, oxşadıb qurban verməyin. Nə qədər tez mudaxilə etsəniz, o qədər tez nəticə olacaq. Əziz valideynlər, çalışın, güclü olun. Qoy necə öhdəsindən gəldiyinizi düşünsünlər.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikriz özünüz tamamlayın, zəhmət olmasa.

- Mən səmimi biri olduğum üçün düzünü deyəcəyəm. 1993-cü ildə Bakıya məcburi köckünlər üçün olan binaya köçdük. Orada bütün binanın uşaqları eşitmə məhdudiyyətli idi. Mən artıq məktəbə gedəndə mimikanı, yəni əl işarəsini öz dilim kimi bilirdim. Artıq mən onların psixologiyasını, xarakterini yaxşı bilirəm. Belə ki, o uşaqlar istəyər ki, onlarla xoş rəftar edək. Həmfikir olaq, xoş davranaq, kobud olmayaq. Bir sözlə, dost olaq. Ona görə də ən ağır dərəcədə olan qüsurlu uşaqlar belə ilk dərsdən mənə tabe olur və məni çox sevir. Beləliklə, mənim ağlıma gəlməzdi ki, bu uşaqların içində böyüyə, böyüyə onlarla, yüzlərlə bu cür ailənin sevimli müəllimi olaram.

Əlaqə nömrəsi: (055) 480 30 98

Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi"
Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi"
Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi"
Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi"
Loqoped Arzu Ağayeva: "Yüzlərlə ailənin sevimlisi olacağım ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...