Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Polşa üzrə viza alma prosesində yaranan yeniliklər tələbələrdə çətinliklər yaşadır.

Tarix:26-08-2024, 22:58

Polşa üzrə viza alma prosesində yaranan yeniliklər tələbələrdə çətinliklər yaşadır. Bir neçə gündür tələbələr və iş vizası üzrə Polşa Respublikasına üz tutan vətəndaşlar şengen vizası almaqda çətinlik yaşayırlar. Baş verən problem ilə bağlı suallarımızı Pilgrim Education Beynəlxalq Təhsil Mərkəzi – nin təsisçisi , xaricdə təhsil eksperti Aisa Aslanovaya yönləndirdik.

Aisa xanım son 5 il ərzində xaricdə təhsil almaq istəyən tələbərin say çoxluğunu nəzərə alsaq hazırda vəziyyət necədir ?
Vəziyyət belədir ki maraq olduqca artıb. Dövlətin də əvəzsiz dəstəyini və təklif edilən proqramları nəzərə alsaq bunuq başa düşmək mümkündür. Məsələn Hökümətləarası Təqaüd Proqramı vasitəsilə bu il xaricə 150 yaxın tələbə tam - təqaüdlü şəkildə təhsil almağa gedəcək, Dövlət Təqaüd Proqramı 2022-2028 çərçivəsində isə 500 tələbə top müəssisələrdə təhsil alacaqdır. Bunlar hələ təqaüdlü şəkildə gedən tələbələrdir. Heç kəsə sirr deyil ki, Polşada təhsil haqqı olduqca uyğundur (2000-2500 EUR civarında ortalama) , buna görə də tələbələr bu ölkəyə üz tutur.

Qeyd etdiniz ki, son illərdə xaricdə təhsil almaq üçün müraciət edən tələbələr üstünlük təşkil edirlər. Viza prosesində baş verən dəyişikliklər haqqında zəhmət olmasa məlumat verərdiz və ötən illərə nəzərən hansı maddələrdə fərqlilik var ?
4 əsas dəyişiklik var: 1) Bakalavr üzrə gedənlərin attestatı kurator tərəfindən xüsusi təsdiq almalıdır 2) Diplomsuz magistrantlara viza verilmir 3) 6 aylıq təhsil haqqı ödənilirsə viza da 6 aylıq verilir 4) “Foundation”, yəni əlavə 1 illik dil kursu ilə qəbul olan tələbələrdən də intervyu götürüləcəkdir.

Bu maddələr tələbələrin viza almasına hansı hallarda çətinlik yaradır ?
Böyük çətinliklər yaratmasa da həyəcanda saxlayır və vaxt aparır. Elə müəssisələr var ki diplomları gec verir. Bu da vizaya təsir edir. Əlavə olaraq da təhsil haqqını artıq tam ödəmək lazımdır, bu da qənaət etmək istəyən tələbələrin planlarını bir az pozmuş olacaq. Ümumilikdə sənədlər düzgündürsə böyük problemlər yaşanılmamalıdır.

Vətəndaşlar işçi vizası üzrə müraciət etdikdə hansı problemlərlə üzləşə bilərlər ?
9 və 10 maddələri ilə imtina halları çoxdur, yəni gedişləri şübhəli bilinir və Səfirlik belə bir qənaətə gəlir ki, müraciət edən vətəndaş bir daha geri dönməyəcək. İlleqal immiqrantlarla mübarizə apardıqları üçün işçi vizasına müraciət edənləri xüsusi şəkildə yoxlayırlar.

Təhsil vizası və işçi vizası bütün vətəndaşların diqqət mərkəzində olan əsas məsələ kimi qeydə alınır. Hal hazırda ən üstünlük təşkil edən şengen viza növü hansıdır?
25 yaşa kimi daha çox təhsil, 35+ üzrə müraciət edənlərdə isə əsasən işçi vizası olur. İşlərə əsasən bəylər müraciət edir, və işlərin əksəriyyəti tikinti və satış sahələri ilə bağlı olur. Çox bir ailəli şəxs viza aldıqdan sonra “ailə birləşməsi” vizasına müraciət edir.

Son olaraq Aisa xanım sizin vətəndaşlara viza alma prosesində və ya səfirlikdə yaşanan problemlərlə bağlı tövsiyyələriniz nədir ?
Tək bir tövsiyəm var - məsuliyyətli olmaq! Bura sənədlərin düzgünlüyü, müsahibəyə hazırlıq, həm də səliqə də aiddir. Səfirlikdəki görüşə idman paltarında getmək, sənədləri qovluqsuz gətirmək, hədsiz dərəcədə həyəcanlanmaq, öz sənədlərinizdəki məlumatları tam bilməmək imtinaya gəlib çıxara bilər. Buna görə də hazırlıqlı olun və maksimum şəkildə rəsmiyyəti qoyurun.

Polşa üzrə viza alma prosesində yaranan yeniliklər tələbələrdə çətinliklər yaşadır.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...