Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Pediatr, uşaq inkişaf mütəxəssisi Təranə Kazımova inkişaf dəyərləndirmə testindən danışdı

Tarix:25-07-2024, 02:07

Pediatr, uşaq inkişaf mütəxəssisi Təranə Kazımova inkişaf dəyərləndirmə testindən danışdı - Təranə xanım, uşaqlar niyə inkişaf dəyərləndirilməsi testindən keçirilməlidir?

- Birinci nüans budur ki,  valideyn, yaxud da həkim uşaqda inkişaf geriliyindən şübhələnirsə, onda inkişaf dəyərləndirmə testinə gəlmir. Normal doğulan uşaqlar üçün bir növ diaqnostikadır bu. Amma daha çox risk qrupunda olan uşaqlar üçün bu testləri edirik. Bu testlər uşağın altı aylığından başlayaraq on səkkiz yaşına qədər davam edə bilər. Hətta üç yaşından sonra zəka testi, diqqət testi, məktəbəqədər hazırlıq testlərini də etmek olur. Amma inkişaf testinin əsas önəmi odur ki, uşağın normal doğum vaxtından yaşıdları ilə müqayisədə inkişafının necə getdiyi ortaya çıxır. Qeyd edim ki, bu testlər dünya standartlarına uyğundur. Uşaqda hər hansı bir problem aşkarladıqda erkən müdaxilə edirik və problemi aradan qaldırırıq.

- Bu testlər uşaqlara hansı cəhətdən xeyirlidir?

- Hər bir cəhətdən xeyirlidir. Mütləq deyil ki, valideyn uşaqda hansı hər hansı bir problemin olmasından şübhələnsin. Mənə daha çox 0-1 yaş aralığında olan uşaqların valideynləri müraciət edirlər. Çünki problemlər ən çox o yaşda olur. Ən gec isə beş yaşında gətirirlər. Ümumiyyətlə, normal uşaqlarla ildə iki dəfə, problemli uşaqlara isə hər üç aydan bir bu testlər keçirilməlidir. Diaqnoz qoyulduğu halda isə, hər ay etmək vacib olur.

- İnkişaf dəyərləndirilməsi necə olur?

- Bu dəyərləndirmə valideynin müraciəti ilə başlayır. Bu da iki halda olur. Ya həkim bizə yönləndirir, ya da valideyn özü nədənsə şübhələnir. Biz ilk öncə uşaqdan anamniz toplayırıq. Əgər hər şey normaldırsa, onda testlərə başlayırıq. Bu da minimum 15, maksimum isə 1 saata yaxın çəkir.

- Bu testlərə hansı yaş qrupuna aid uşaqlar cəlb edilir?

- Xüsusən erkən uşaqlıq dövründə olan uşaqlar cəlb edilirlər. Bu da 0-8 yaşı əhatə edir. Bu da özlüyündə 0-4 və 0-8 yaş qrupuna bölünür. Ən erkən müdaxilə 0-4 yaşda olur. Mən hətta 0-2 yaşda olan uşaqları daha da onəmsiyirəm. Çünki bu dövrdə hər hansı bir problem aşkarlansa da, çox tez də həll etmək olur. Ümumiyyətlə, in səkkiz yaşa qədər olan hər bir uşaq üçün bu testlər keçərlidir.

- Sonda bu mövzu ilə əlaqədar nə demek istərdiniz?

- Valideynlər onları bizə kimlərinsə yönləndirməsini gözləməsinlər. Bir daha vurğulamaq istərdim ki, erkən aylardan uşaqlarını inkişaf dəyərləndirmə testlərinə gətirsinlər. Yubanmasınlar. Bu dəyərləndirmə uşaqdan götürülən digər analizlər kimi çox önəmlidir. Çünki biz bu testlər sayəsində uşaqda olan problemləri erkən aşkarlayıb müdaxilə edə bilirik. Nəticələrimiz də gözəl olur.

Əlaqə nömrəsi: (055) 829 00 13

Pediatr, uşaq inkişaf mütəxəssisi Təranə Kazımova inkişaf dəyərləndirmə testindən danışdı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...