Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Pedaqoq Vüsalə Cavadova: "Bir gün məşhur bir müəllim olacağım ağlıma gəlməzdi"

Tarix:19-06-2024, 11:13

Pedaqoq Vüsalə Cavadova: "Bir gün məşhur bir müəllim olacağım ağlıma gəlməzdi" - Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən 1982-ci ildə Tərtər rayonunda anadan olmuşam. Bu sahəyə gəlməyimi anama borcluyam. Özü ali təhsil ala bilməmişdi. Ona görə də arzusu məni həkim görmək idi. Lakin mən jurnalist olmaq istəyirdim. Bütün fənləri yaxşı oxumuşam. Orta məktəbi fərqlənmə ilə bitirmişəm. İngilis-dili müəllimlərimə baxıb bu sahəyə marağım yarandı. Zaman elə gətirdi ki, ingilis-dili müəllimi oldum.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on beş ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Mən repititor kimi fəaliyyətə başlamışam. Ailə vəziyyətimlə əlaqədar işləməyə bir müddət fasilə vermişəm. Amma ilk övladım dünyaya gəldikdən sonra yenidən həvəslə işləməyə başlamışam.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən daha çox abituriyentlər hazırlaşdırıram. Tələbələrim məni çox sevirlər. Sanki onların ikinci anasıyam. Onlar məni öz analarından seçmirlər, men də onları övladlarımdan fərqləndirmirəm. Bundan başqa, son iki ildə sertifikasiya müəllimlərə də hazırlaşdırmağa başlamışam. Bu da mənim uğurlarımın bəhrəsidir.

- Bir pedaqoq olaraq nəyə "yox", deyirsiniz?

- Qızlarımızın təhsildən və işdən uzaqlaşdırılmasının qəti surətdə əleyhinəyəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Xarakter olaraq necə birisiniz?

- Mülayim bir insanam.
Amma mənim də özümə görə sərhədlərim var. Qadının öz qadınlığını qoruyub saxlamağının tərəfdarıyam. Qadın davranışları ilə nümunə olmalıdır.

- Oxuculara nə məsləhət görürsünüz?

- İndi təhsilə maraq azdır. Biz tələbələrdə dərsə maraq yaratmalıyıq. Elmi onlara sevdirməliyik. Tələbələrə məsləhətim odur ki, dərsi məcburiyyətdən yox, sevə-sevə oxusunlar. Bir də ki, gələcəkdə kim olacaqlarına dair qərarı yalnız özləri versinlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən yaşadığım ərazidə məşhur bir müəllim olaram. İnanmazdım ki, hətta bölgələrdə də tanınaram. Bütün bu uğurlarıma görə Allahıma minnətdaram. Qeyd edim ki, mən iki oğul anası olaraq özümü çox xoşbəxt və şanslı hesab edirəm. Övladlarımı da gələcəkdə ziyalı kimi görmək ən böyük arzumdur.

Pedaqoq Vüsalə Cavadova: "Bir gün məşhur bir müəllim olacağım ağlıma gəlməzdi"
Pedaqoq Vüsalə Cavadova: "Bir gün məşhur bir müəllim olacağım ağlıma gəlməzdi"
Pedaqoq Vüsalə Cavadova: "Bir gün məşhur bir müəllim olacağım ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...