Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"

Tarix:12-06-2024, 09:21

İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi" - Emilya xanım, necə oldu ki bu sahəyə gəldiniz?

- Əslində əvvəldə valideynlərimin istəyi ilə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil oldum. Ancaq zamanla başa düşdüm ki, şagirdlərə bilik öyrətmək, fizikanı sadə dildə izah etmək mənim əsas missiyamdır. Əlbəttə ki, bu qənaətə gəlməyincə müəllimlərimin rolu böyükdür, xüsusilə Abdullayev Sərhəddin müəllimimin. Qeyd etmək istərdim ki, özüm BDU-da Nəzəri fizika kafedrasının doktorantıyam və təzəlikcə -30 may 2024-cü ildə dissertasiya işimin müdafiəsi oldu. Eyni zamanda həmçinin BDU-da Maddə quruluşu kafedrasında saat hesabı olaraq müəllim vəzifəsində çalışıram. Həm şagirdlərlə, həm tələbələrlə işləmək məni bu qənaətə gətirir ki, nə yaxşı ki müəllimliyi ələxsus da fizika muəllimliyini seçmişəm. Şagirdlərlə bir mövzunu müzakirə edəndə onların üzündəki "mən başa düşdüm" ifadəsini görəndə doğru yolda olduğumu anlayıram. Bu elə bir hisdir ki, məni ancaq həmkarlarım başa düşə bilər.

- Artıq neçə ildir ki bu sahədəsiniz?

- Əslində mən bakalavr pilləsində təhsil alarkən artıq fizika fənnini tədris etməyə başlamışam. Belə deyək, fizika sahəsi üzrə repititorluqla məşğul olmuşam, bir neçə tədris mərkəzi ilə çalışmışam. Lakin pandemiya illərində bir neçə il müəllimlik fəaliyyətimi dayandırdım, ancaq professional olaraq 3 ildir ki, bu sahə ilə məşğulam. Ümumilikdə 7 ilə yaxındır ki, fizika fənnini tədris edirəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Qeyd etdiyim kimi, mən BDU-da doktorantura təhsilimi alıram və oxuduğum illər ərzində dissertasiya işi ilə məşğul olarkən bir neçə beynəlxalq və Respublika elmi konfranslarında dissertasiya işimlə bağlı müxtəlif mövzular üzrə çıxışlar etmişəm. Eyni zamanda ADA universitetinin və Avropa Azərbaycan Məktəbinin müəllimliyin inkişafına dair keçirdiyi beynəlxalq konfranslarda iştirak etmişəm. Bundan başqa , Cambridge Universitetinin Introductory Cambridge IGCSE Physics üzrə təlimini bitirmişəm və may ayın sonlarına qədər davam edən Cambridge Universitetinin müəllimlər üçün olan Professional Development Qualifications proqramı üzrə təlim aldım. Onu da qeyd etmək istərdim ki, çox faydalı bir təlimdir və mənə müəllim kimi daha da inkişaf etməyimdə böyük rol oynadı. Buna görə də belə bir təlimdə iştirak etməyimə təşəbbüs etdiyi üçün Nərgiz xanıma (Nərgiz Mahmudzadə, Head of Cambridge PDQ center) dərin təşəkkürümü bildirirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Əlbəttə, hər bir müəllim kimi mənə də şagirdlərin fizika üzrə öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün bir çox müraciətlər olur. Lakin mən çalışıram ki, şagirdlər mövzuları imtahan bitəndən sonra da xatırlasın, necə deyərlər "əzbərləməsin", "hiss etsin". Yeri gəlmişkən onu da qeyd edim ki, mən abituriyent olanda riyaziyyat müəlliməm olmuş Yeganə xanım həmişə bizə deyərdi ki, sualı hiss edin, avtomatik həllini yazmayın. İndi müəllimə kimi nə demək istədiyini mən çox yaxşı başa düşürəm. İndi mənim müəllim kimi əsas öhdəliklərimdən biri fizikanı uşaqlara sevdirmək, onlara fizika ilə bağlı sualları hiss etməyə sövq etməkdir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Maraqlı sualdır. Bu suala belə bir cavabım olacaqdır. Mən Cambridge PDQ proqramında təlim aldığım zaman Nərgiz xanım bildirmişdi ki, Cambridge sistemində ən yol verilməz hal şagirdlər arasında fərq qoymaq, onları bir növ yarışa sövq etməkdir. Mən də bir mütəxəssis olaraq bu kimi hallara yox deyirəm və həmişə fikir vermişəm ki belə hallar olmasın. Mən şagirdlərimi gözəl qoxulu güllərə bənzədirəm, hər birinin öz xarakteri, öz dünyası var və belə hallar onları incidə bilər, kimisini həvəsləndirsə də, kimisi həvəsdən düşə bilər. Belə halların olmamasına çox diqqət edirəm. Düşünürəm ki elə bir metodla işləmək lazımdır ki, maksimum dərəcədə bütün şagirdlər fizikanı anlasın, dərk etsin.

- Xarakter olaraq necə birisiniz?

- Əslində yaxınlarım, ailəm çətin xarakterli biri olduğumu deyir. Gec güvənən insanam. Ama bir o qədər də yumuşaq ürəyə sahibəm. Ancaq təbii ki bu sualın cavabını şagirdlərim daha doğru cavablayar. Onlarla daha çox əlaqədə oluram.

- Ailəlisinizmi?

- Bəli, bir qız övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhətim o olardı ki, işlərində məsuliyyətli olsunlar, hansı işdə işləməklərindən asılı olmayaraq. Çünki məsuliyət insanı digər insanlardan fərqləndirir və uğura aparan əsas amillərdən biridir. İkinci tövsiyəm odur ki, maddiyyata çox bağlı olmasınlar. Düzdür, pul əhəmiyyətli faktordur, ancaq mənə elə gəlir ki, insanın xarakteri daha önəmlidir, puldan irəlidə gəlir. Çalışsınlar ki, dürust olsunlar, belə olan halda insanın pulu da olur, hər şeyi də. Unutmaq lazım deyil ki, həyat bumeranqdir, nə əkirsən onu da biçirsən.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Sonda demək istərdim ki, mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu sahəyə bu qədər bağlanaram, şagirdlərimin sevgisi məni daha da ruhlandırır, öz üzərimdə daha çox işləməyə sövq edir. Buna görə onlara təşəkkür etmək istəyirəm. Nə yaxşı ki sizi tanımışam qəlbi gözəl şagirdlərim. Hər biri ilə fəxr edirəm. Bugün şagird olsalar da, onlar gələcəyin həkimi, İT muhəndisləridir. Var olsunlar, nə yaxşı ki siz.
Ən sonda bu yolda uğurla irəlilədiyim üçün valideynlərimə təşəkkürümü bildirirəm.

Əlaqə nömrəsi: (050) 480-53-07

İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
İngilis bölməsi üzrə fizika müəllimi - pedaqoq Emilya Ömərova: "Bu işə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...