Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Alternativ psixoloq, Yaşam koçu Cəmilə Yaşarqızı valideyn-uşaq münasibətlərindən danışdı

Tarix:22-05-2024, 07:37

Alternativ psixoloq, Yaşam koçu Cəmilə Yaşarqızı valideyn-uşaq münasibətlərindən danışdı - Cəmilə xanım, valideyn-uşaq münasibəti dedikdə nə başa düşülür?

- Uşaq və valideyin arasındakı münasibət dedikdə- ən güclü, güvənilir, saf, heç bir münasibətlə əvəz olunmayan, sonsuz sevgi dolu bir bağ düşünürəm.

- Münasibətlər necə tənzimlənməlidir?

- Münasibətləri tənzimləmək üçün ilk növbədə uşaqların yaşına uyğun qaydalar qoyub tutarlı olmalıyıq. Uşaqların etdiyi səhvlər zamanı aşırı sərt reaksiya verib, danlayıb, cəza vermək yerinə onları sakitcə sona qədər dinləməliyik. Uşağa nə olur olsun onun yanında olacağımıza, ona inandığımza dair cümlələr qurub, yaşadığı çətinliyi, etdiyi səhvi bilərək etmədiyinin fərqinə vardığımızı hiss etdirməliyik. Bu münasibətdən sonra, uşaqla aramızdakı güvən bağını qurduqdan sonra verəcəyimiz məsləhətlər öz nəticəsini görəcək.

- Bu məsələdə daha çox nəyə diqqət edilməlidir?

- Bu məsələdə daha çox övladımızın 1-7 yaş arası şüur altının formalaşdığı, onların inanclarının yarandığı, nümunə götürüb, daha çox sevgi və qayğıya ehtiyacı olduğu dönəmdə onların hər an yanında olub, sevgi dolu zaman ayırmalı, oyunlar oynamalıyıq ki, yeniyetmə yaşına çatarkən belə artıq yaşadıqlarını bizimlə paylaşmağa, zaman keçirtməyə vərdiş halı alsınlar.

- Son zamanlarda uşaqlarla valideynlər arasında hansı anlaşılmazlıqlar müşahidə edirsiniz?

- Son zamanlarda ən çox anlaşılmazlıq hər iki tərəf bir birini anlaya bilmədiyindən, düşüncə tərzlərinin üst üstə düşməməsindən şikayətlənirlər. Düşünürəm ki, buna səbəb valideyinlərin uşaqlarla az zaman keçirtməsi səbəb olur.

- Sonda bu mövzu ilə bağlı nə demək istərdiniz?

- Uşaqlarla münasibətlərimiz onların gələcək həyatlarında atdığı hər bir addımında özünü pis və ya yaxşı olaraq göstərir. Ona görədə, bu gün övladımızla birlikdə güvən, sevgi, empati, qayğı, anlamlı addımlar ataq ki, sabah o addımların çətinliyi altında qalmayaq. Nə qədər ki, valideyinlər övladının ruhi problemi olduğunu qəbul etməyəcək, bir o qədər də, cinayətlərin, təcavüzlərin  sayı artacaq.
Çox təəssüflər olsunki, cəmiyyətdə insanların bir çoxu qüsurlu, ruhi xəstə olan uşaqlara elə  yanaşır, arxasınca elə danışır ki, sanki bu pis hərəkətdi və ya  əxlaqsızlıq edib. Bu yanaşma tərzi, baxış acısı bu tip problemi olan uşaqların valideyinlərinə istər istəməz psixoloji təsir edir. Qınaq obyektinə çevrilməsinlər deyə, sanki özləridə övladından utanıb onun problemini gizlətməyə çalışırlar. -" Ətrafdakılar bilər ki,uşağımın problemi var bizdən uzaq durar."; -" Qohum, tanışın yanında utanmaqdansa, gizlətmək yaxşıdı." və s. Bəzi hallarda isə ailələr övladının problemi olduğunu fərq etmir və ya qəbul etmirlər.O vaxta qədər ki, uşaq müəyyən yaşa çatanda ya intahar edir, ya da cinayətkara çevrilir.
Cəmiyyətə əlimizlə gələcəyin qatillərini hazırlamamaq üçün ilk növbədə fərqinə varmalıyıq ki, ruhi xəstə olan, qüsurlu olan övladlarımız əxlaqsız, tərbiyəsiz deyillər onlardan utanıb, gizlədib, müvəqqəti sakitləşdirici dərmanlarla evə qapamayaq. Onlar sadəcə hər hansısa bir problemlə dünyaya gəlib və ya sonradan bu xəstəlikləri qazanıblar. Problemin fərqinə vaxtında varıb, mütəxəssislərə müraciət edib, düzgün müalicə yöntəmini seçməliyik.
Onları müalicə etdirməməklə həm özümüzün, həm də onların gələcəyini məhv etmiş oluruq. Övladımızın problemi nə olur olsun, bütün dünya bizi qınaq obyektinə çevirsə belə biz onun yanında olub, dəstək olmalıyıq.
Bir uşağı uçurumdan çıxartmaq üçün ən güclü vasitə ana, atanın dəstəyi, qayğısı və sevgisidir.

Əlaqə nömrəsi: (050) 558 06 05

Instagram: dr_psixoloq_cemile_yasharqiziскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...