Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Kliniki diyetoloq və uşaq nutrisioloqu Afaq Rzayeva : "Yemək yeyəndə stressi atıb rahat oluram deyirsinizsə..."

Tarix:18-05-2024, 07:47

Kliniki diyetoloq və uşaq nutrisioloqu Afaq Rzayeva : "Yemək yeyəndə stressi atıb rahat oluram deyirsinizsə..." İnsanların bir çoxu hər hansı bir duruma düşdükdə, özünü pis hiss edən kimi yemək istəyir və rahatlandığını düşünür.

Bir çox insanda depressiv əlamətlər hiss olunduqda yemə pozuntusu meydana gəlir.
Nəsə problem yarandıqda, yaxud kiminləsə münaqişə etdikdə ruh halını sakitləşdirmək üçün insanlar yeməyə doğru üz tuturlar.

Aşırı stress daha çox yemək yeməyə vadar edir. Buna emosional aclıq deyilir. Yaxud bəzilərində yeməkdən kəsilmə, iştaham yoxdur deyərək gün ərzində ac gəzib saat 8 dən sonra doymadan yemə halları baş verir. Sonra da özlərini sakit etməkdən ötrü deyilir, bütün günü ac qalmışam, indi yesəm heç nə olmaz.

Əslində bu normal bir haldır, narahat olmayın.

Çünki stressi çıxartmaq üçün nəsə etmək lazımdır. Amma əsas narahatçılıq odur ki, olduğunuz durumun fərqində olasınız.

- Özünüzə sual verməlisiniz ki, nə baş verdi mən yemək istədim, yaxud yeməkdən kəsildim.

Bunun fərqində olmadıqda davamlı təkrar olunduqda, o zaman artıq çəkilər yaranacaq. Əgər belə vəziyyətdə ac qalaraq diyetaya üz tutursunuzsa, o zaman orqanizmdə olan kalori depoları tükənəcək və yenə güclü aclıq hissi gələcək çəkiniz əvvəlkindən də daha çox artacaq.

- Belə sual verə bilərsiniz ki, bəs necə edim həm stressdən qurtulum, həm də çəkim artmasın?

Ən əsası hər hansı vəziyyət yarandıqda, 5 dəqiqə sakit vəziyyətdə durun və hansı halda olduğunuzu dərk edin. Hətta emosiyalarınızı daxildə saxlamayın, ağlamaq gəlirsə ağlayın. Burada utanc bir şey yoxdur. Çünki uşaq vaxtı sizi utandırıblar ki, ağlamaq olmaz və s.

- Nələr edə bilərsiniz...

1 stəkan su içmək və nəfəs terapisi etmək, sakitləşdirici ot çayları qəbul etmək də işinizə yarayar. Əgər öncədən yemək yemisinizsə, hiss edəcəksiniz ki, toxam mən, artıq yeməyə ehtiyac yoxdur və aşağıda sadaladığım ruhunu sakitləşdirən məşğuliyyəti edin. Əgər aclıq hiss edirsinizsə, mədə çəkilməsi, ürək bulanma, o zaman hər hansı xörəyi yemək daha yaxşı olar. Özünüzü həmin an kontrolda saxlayın və un məmulatlarından şirniyyatlar, şəkər tərkibli qidalar və meyvələrdən uzaq durun.

- Ruhumu sakitləşdirmək üçün nə edə bilərəm, deyirsinizsə...

Ən sevdiyiniz işlə məşğul ola bilərsiniz. Məsələn, mahnı oxumağı sevirsinizsə oxuyun, musiqiyə qulaq asın, şəkil çəkmək bacarığınız varsa çəkin, kitab oxuyun, təmiz havada gəzin və s.

- İştahası kəsilən insanlara tövsiyə...

Siz isə yuxarıda sadaladıqlarımı edib ruhunuzu dincəldin. Sonra isə iştaha az da olsa gələcək. Saata baxın nə zaman yediyinizə baxın, sonuncu yeməkdən 5 saat aradan çox keçmədən yemək yeyin ki, depo boşalmasın, gecə aclıq hissi gəlməsin.

- Belə sual verə bilərsiniz ki, bəs necə edim həm xoşbəxt olum ,həm də aclıq hissi gəlməsin?

Beyini siz idarə edə bilərsiniz. Dopamin xoşbəxtlik hormonunu məşğuliyyət ilə qaldırsanız, o zaman emosional aclıq gəlməyəcək. Artıq çəkiləri də almayacaqsınız. Əgər hazırda artıq çəkiləriniz varsa, daima stressdəsinizsə, bacarmırsınızsa, o zaman mənə müraciət edə bilərsiniz. Qidalanma planından savayı psixoloji dəstəklə sizin çəkinizi istədiyiniz normaya çatdıraq.

Afaq Rzayeva
İnstagram : Afaqrzayeva_a_diet
Tiktok: a_diet
Əlaqə nömrəsi: 055 230 59 84скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...