Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Leyla xanım, bu gün sizinlə ən aktual mövzulardan biri olan qidalanmada psixoloji yanaşmalar haqqında müzakirə etmək istəyirəm.
-Təbii ki, klinik diyetoloq olaraq mənim də ən çox diqqət etdiyim mövzulardan biridir və hər zaman bu istiqamətdə pasientləri əlimdən gəldiyi qədər maarifləndirməyə çalışıram
-İlk sualım belə olacaq. Sizcə niyə insanlar tez -tez pəhrizi dayandırırlar? Burda psixoloji məqamlar varmı?
-Bəli . Tez -tez pəhrizi dayandırmağın altında yatan əsas problem düzgün qurulmayan qidalanma proqramı və yanlış yanaşmadır.
İlk növbədə cox sərt qaydaları olan qidalanma proqramları insanları yorur. Qadağalar , qaydalar bir müddətdən sonra sıxıcı gəlməyə başlayır. İnsan beyni yaradılış xüsusiyyətinə uyğun olaraq ona qarşı qoyulan sərhədləri yıxmağa çalışır və qaydaları pozur.
Digər bir səbəb ən başından bunun müvəqqəti bir period olduğu , bir müddət sonra yenidən əvvəlki yaşam tərzinə qayıdacağı düşüncəsi ilə başlanılan proqramlardır. 1-2 aylıq hədəf kiloya çatana qədər müəyyən qaydalara riayət edən pasient sonra yenidən öz köhnə həyat tərzinə qayıdır və təbii ki itirdiyi kilolari geri alır və yenidən ən başa qayıtmış olur.
Eyni zamanda aşağı kalorili, " ac saxlayan" pəhrizlər də müəyyən periodda psixoloji problemlərə gətirib çıxardır. -Bu cür qeyri-adekvat proqramlar hansı fəsadlara gətirib çıxarda bilər?
-Aşağı kalorili pəhrizlər insanları həm psixoloji olaraq qıtlıq psixogiyasına aparir və növbəti mərhələdə tıxınırcasına yeməyə təşviq edir. Yəni günlərlə , həftələrlə özünə məhdudiyyət qoyan insan axır- əvvəl azadlığa çıxmışcasına tıxınırcasına yemə krizlərinə girir.
Eyni zamanda fizioloji olaraq bədən enerji qənaət rejiminə keçir ve kilo vermək əvəzinə piy depolamağa başlayır. Bu da bütün əziyyətin hədərə getməsi hissini oyadır, depressiv vəziyyət yaradır və yenə onsuzda heçnə alınmır deyərək pəhrizi dayandırmağa səbəb olur.
-Bəs doğru olan nədir ?
-Doğru olan öncəliklə "pəhriz" yanaşmasından uzaqlaşmaqdır. Burda əsas məsuliyyət qidalanma mütəxəssisinin üzərinə düşür. Çünki heç bir pasient qida pozuntusuna və kilo probleminə görə psixoloqa müraciət etmir. İlk öncə dietoloqa müraciət edirlər. Biz dietoloqlar pasientlərimizə düzgün yolu göstərməyi bacarmalıyıq.
Pəhriz yanaşmasından uzaqlaşmaq dedikdə nəzərdə tutduğum odur ki , biz pasientləri yaşam tərzi dəyişiklikləri etməyə dəvət etməliyik. Qidalanmada və həyat tərzində yol verdiyi yanlışları aşikar etmək və onlara fərqindəlik qazandırmaq öncəliyimiz olmalıdır .
İnsanlara xarici görünüşün yox sağlamlığın əsas prioritet olduğunu aşılamalıyıq
Ən ideal sistem davam etdirilə bilən sistemdir. Yalnız həyat tərzinə, iş rejiminə, gündəlik yaşantısına və sosial çevrəsinə, maddi vəziyyətinə uyğun gələn qidalanma sistemi davam etdirilə bilər . Məsələn, ucqar bir kənddə yaşayan bir insana fitnesin sağlamlığa faydaları maraqlı olmayacaq və onu həyatına daxil edə bilməyəcək. Hər bir pasientə individual yanaşmaq və onuncun ən uyğun proqramı seçmək lazımdır.
İkinci bir məsələ olaraq onu vurğulamaq istəyirəm ki, əgər pasient bütün cəhdlərə rəğmən , ən düzgün yanaşmaya rəğmən yenə də bu döngüdən çıxa bilmirsə o zaman psixoloqlar bu məsələ ilə məşğul olmalıdır.
Bu platforma vasitəsilə bütün oxucuların nəzərinə çatdırmaq istəyirəm ki , hər bir sahədə olduğu kimi qidalanma sahəsində də psixoloji dəstək lazımdır.
-Son olaraq bilmək istərdim sizcə niyə son dövrlərdə bu cür problemlər artmağa başlayıb?
-Bizə müraciət edənlərin 60-70 faizində artıq psixoloji olaraq yemə problemləri yarandığını müşahidə edirəm. Düşünürəm ki ,bunun ilk səbəbi sosial faktorlardır. İnsanlar arasında müəyyən gözəllik kriteriyaları formalaşıb ki, ona çatmaq üçün sərt "diyeta"lara üz tuturlar .
Bir çox hallarda yuxarıda qeyd etdiyim kimi sərt qaydaları olan proqramlar və ya özbaşına biristiqamətli pəhrizlər bir müddət sonra yemə pozuntularına çağırış edir.
Son olaraq oxuyuculara bildirmək istəyərdim ki, öz sağlamlığınız qayğısına qalın və öz sağlamlığınızı yalnız mütəxəssilərə əmanət edin.
Hippokratın dediyi kimi
" Qidamız dərmanımız, dərmanımız da qidamızdır"
Sağlam qalın
•Klinik diyetoloq
•Holistik bəslənmə uzmanı
•Yaşam kouçu
LEYLA NUR
Əlaqə nömrəsi: (055) 749 56 69
İnstagram: dietoloqleylanur