Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"

Tarix:24-04-2024, 00:18

Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir" - Aynurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim ibtidai sinif müəllimi olmağımda atam Akif Məmmədoğlunun rolu böyükdür. Tanınmış ziyalı, pedaqoq, şair olan Akif müəllimin dəsti xətti ilə getmək hələ uşaqlıq arzum olub. Hər zaman atamın dərslərində oturub onu sevgi ilə dinləyirdim və evə gələrkən onun sinif otağında necə dərs keçdiyini və şagirdlərinə necə sevgi ilə yanaşdığını təkrar edərdim. Bunu atam da hiss etmişdi və o gündən deyirdi ki, sənə müəllimlik peşəsi çox yaraşacaq. Əvvəllər onun kimi Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmək istəyirdim. Amma zaman ele gəldi ki, atamın arzusu ilə mən ibtidai sinif müəllimi peşəsinə yiyələndim. Bu gün bu peşəmlə fəxr edirəm və atamın arzusunu anbaan yerinə yetirməyə çalışıram ki, ruhu şad olsun.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 16  ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Öz sahəm üzrə bir çox işlər görmüşəm və neçə-neçə layihələrə, yeniliklərə imza atmaq arzum günü-gündən artır. Çünki bir millətin gələcəyi onun yüksək səviyyəli təhsilindən keçir. Gələcəyimizin sağlam ruhda yetişməsi üçün əlimdən nə gəlirsə, hər zaman etməyə hazıram. Çünki mən dövlətimi, vətənimi, rəhbərimi, xalqımı və ən əsası dünyanın bütün dillərindən gözəl olan ana dilimi çox sevirəm. Qeyd edim ki, musiqi təhsilim də var. Pianoda gözəl ifa etməyi bacarıram.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipin ondan ibarətdir ki, işimin, peşəmin  vurğunuyam. Buna görə də şagirdlərə doğru yol göstərmək, onların təlim və tərbiyəsi ilə ciddi məşğul olmaq əsas iş prinsipimdir.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlar şagirdlərin həyatında sosial şəbəkələrdən istifadə həddindən artıq çoxdur. Bunun üçün şagirdlərdə baş verən diqqət yayınıqlığı və tədrisin aşağı düşməsi ilə müraciətlərin sayı çoxalıb.

- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?

- Bir mütəxəssis olaraq tədris proqramında şagirdlərin qarşısında duran bəzi çətin proqramların və həddindən artıq psixoloji yükləmələrin, imtahanların şagirdlərin həyatının aqressiv bir hissəsinə çevrilməsinə yox deyərdim.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq çox mülayim , sakit təbiətli, məsuliyyətli və tələbkar biriyəm.

- Ailəlisinizmi?

- Ailəliyəm, 3 övladım var .

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhət görərdim ki, adekvat olsunlar. Hər şeyi düzgün təhlil etməyi bacarsınlar. Bir şəxsiyyət kimi hər gün  öz xarici görünüşümüzə necə fikir veririksə, eləcə də düşüncələrimizi və dünyaya baxışımızı qaydasına salaq. İnsanlara sevgi, hörmət və mərhəmət hissi ilə yanaşaq. Çunki bu dünyanı yalnız sevgi xilas edəcək. Bu yolda övladlarımızı da gələcəyə sağlam ruh və sağlam düşüncə ilə böyüdək. Çunki bizim gələcəyimiz o şagirdlərin əlindədir. Gələcəyimizi qoruyaq və sevək.

Əlaqə nömrəsi: (077) 251 17 46

Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"
Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"
Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"
Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"
Pedaqoq Aynurə Akif: "Şagirdlərimə doğru yol göstərmək əsas iş prinsipimdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...