Anons

Bu gün, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Bu gün, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Bu gün, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

Defektoloq-loqoped Səma İmanova: "İnsanların gözündəki sevgini görmək mənə çox böyük xoşbəxtlik verir"

Tarix:5-04-2024, 01:30

Defektoloq-loqoped Səma İmanova: "İnsanların gözündəki sevgini görmək mənə çox böyük xoşbəxtlik verir" - Səma xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Qəbul imtahanında ballarım çıxanda fakültələrə göz gəzdirirdim. Korreksiya-edici təlim(Defektoloq-loqoped) ixtisası qarşıma çıxdı. Bu fakültə haqqında çox geniş məlumatım yox idi. Araşdırdım və mənə çox maraqlı gəldi. Çünki hər zaman uşaqları çox sevmişəm və mən çox sevərək xüsusi qayğıya ehtiyacı olan uşaqlara  kömək olmaq qərarına gəldim.

- Nəçə ildir ki, bu sahədə çalışırsınız?

- Fakültəni doqquz ildir bitirməyimə baxmayaraq, artiq dörd ildir ki, fəaliyyət göstərirəm. Uşaqların mənə olan sevgisini və mənə necə inamla güvənlə baxdığını gördükcə bu işə gec başladığım üçün biraz peşman oluram.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipimdə başlıca rolu sevgi oynayır. Çünki uşaqla mütəxəssis arasında mütləqki sevgi bağı olmalıdır. Nə qədər savadlı işini mükəmməl edən biri olursan ol əgər o bağ uşaqla aranda yoxdursa nəticə ala bilməyəcəksən.

- Öz sahəniz üzə hansı işləri görürsünüz?

- Öz sahəm üzrə hər gün yeniliklər örgənməyə calışıram. Bunu həm Azərbaycan həm xarici (floortime kimi) təlimlərə qoşulmaqla edirəm. Bu təlimlər vasitəsi ilə hər uşağın öz potensialına uyğun korreksiya aparıram və çox uğurlu nəticələr əldə edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bagli müraciətlər olur?

- Hal-hazırda tez-tez rast gəlinən şikayətlərdən deyərdim ki, birincisi uşaqlarda nitq inkişafının ləngiməsi, geriləməsidir. Müasir dövrdə tv, telefon və bunun kimi bir çox ekran aslılıqı yaradan amillər nitqin inkişafına çox mənfi təsir göstərir və bu nəticələrə gətirib çıxardır.

- Bu sahədə görmək istədiyiniz, amma görmə bilmədiyiniz nələrdir?

- Ən çox görmək istədiyim tərəf odur ki, bu sahədə ancaq ixtisası bitirən mütəxəsislərin çalışmasıdır. Çünki çox həssas bir sahədir, buna görə də öncə ixtisaslı olmaq vacibdir. Çox təəssüf ki, hal-hazırda seminarlara qatılaraq ixtisasçı olmayıb bu sahədə çalışan “mütəxəssis”-lərimiz də var.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Hələ ki, işimdə elə bir durum olmayıb ki, ona yox deyim. Amma gələcəkdə işimlə, ixtisasımla bağlı düzgün olmayan hansısa rəyə əlbəttə ki, "yox" deyərəm. Bu o demək deyil ki “hə”olması gərəkən nəyəsə də “yox”deyərəm xeyr! Öz yerində hər ikisini deməyi bacaran biriyəm. Və hər ikisini çox yaxşı ayırd edirəm.

- Xarakter olaraq necə birisiniz?

- Düzdür, bu kənardan daha yaxşı deyirlər, nəin ki, mənim dilimdən. Hər zaman insanlarla müsbət münasibətə önəm verən biri olmuşam. Şükür, qarşı tərəfdən də bunu görmüşəm. Sadiq olmaq isə ən mühüm cəhətlərimdən biridir. İstər işdə, istər evdə, istərsə də dostluqda…

- Oxuculara nə məsləhət görürsünüz?

- Hər zaman dürüst və düzgün olmağı məsləhət görürəm. Sevdiyiniz işlə, peşəylə məşğul olun ki, nə sizə, nə də qarşınızdakına çətin olmasın.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər uşaqların, valideynlərin sevgisini qazana bilərəm. Bir deyim var “yadlar”gəlir “doğma”olur. Həqiqətən mən bu işə başladıqdan sonra doğmalarım daha da artdı. İnsanların gözündəki o sevgini görmək mənə çox böyük xoşbəxtlik verir.

Əlaqə nömrəsi: (051) 306 06 93

Instagram: dəfektoloq_loqoped_semaскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...