Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Səmayə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən orta məktəbi Moskva şəhərində, bakalavrı və magistrı isə Bakı Dövlət Universitetində bitirmişəm. Hal-hazırda doktorantam. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Altı ilə yaxındır ki, bu sahədə çalışıram.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Mən hazırda Bakı-İstanbul liseyində ibtidai siniflər (ingilis-dili bölməsi) üzrə direktor müavini vəzifəsində çalışıram.
- Sizin üçün işinizdə vacib olan nədir?
- Biz çalışırıq ki, bizim məktəbimizdə şagirdlər xoşbəxt olsunlar. Bir şagirdin akademik göstəricilərinin yaxşı olması üçün onun psixoloji vəziyyəti yerində olmalıdır. Biz bunu dəfələrlə müşahidə etmişik. Məsələn əlaçı bir şagird elə olurdu ki, gün ərzində heç bir şeyə cavab vermək istəmir. Onu danışdırdıqdan sonra məlum olurdu ki, səhər evdə valideynləri ilə emosional bir problem yaşayıb.
- Bir dili öyrənmək üçün ilk növbədə nə lazımdır?
- Birinci növbədə motivasiya lazımdır. Məsələn bir tələbə magisturaturaya qəbul olmağı qarşısına məqsəd qoyubsa, o, yaxşı çalışa, mütləq şəkildə öz istəyinə nail olacaq. Bir də ki, insanlara ünsiyyət qurmaq çox vacibdir. Mən hər zaman deyirəm ki, öyrənilən hər yeni dil həmin ölkəyə açılan bir "qapı" dır. Çünki bir ölkənin dilini öyrənərkən həmin ölkənin tarixini, mədəniyyətini və s. öyrənmiş oluruq.
- Bəzi kurslar var ki, tələbəyə ingilis-dilini altı ay ərzində öyrədəcəklərinə zəmanət verirlər. Buna münasibətiniz necədir?
- Məncə, dünayanın ən asan dilini də altı aya tam mənimsəmək olmaz. Hansısa bir səviyyəyə çatmaq olar, lakin tam bilmək qeyri-mümkündür. Çünki hər hansısa bir dildə səlis danışmaq üçün zaman lazımdır. Bir də ki, müəyyən bir səviyyəyə çatmaq üçün səbr etmək vacib şərtdir.
- Xarakter olaraq necə birisiniz?
- Mən işdə daha səbrli və təmkinli yəm. Amma həmin səbri evdə övladlarıma qarşı göstərə bilmirəm (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Hər bir şagird xoşbəxt olmalıdır. Bu da qiymətə bağlı olan bir şey deyil. Biz övladlarımızı hər bir qiymətlə qəbul etməliyik. Çünki uşaqlar ayrı ruh sahibləridir. Onların öz yolları var. Biz onu bilə bilmərik. Bəzən orta məktəbdə yaxşı qiymətlər almayan bir şagird gələcəkdə yüksək bir məqama, bir vəzifəyə sahib olur. Ona görə də hər bir valideyn uşağa güvənməlidir və öz gücünə potensialına inanmalıdır. Valideynləri tərəfindən sevildiyindən əmin olmalıdır. O zaman hər şey öz qaydasında olacaq.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu peşə mənim həyatıma çevriləcək.
Əlaqə nömrəsi: (055) 252 22 45