Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

İbtidai sinif müəllimi Mərmər Məmmədəliyeva: "Hər bir şagirdi öz öyrənmə metoduna uyğun öyrətmək lazımdır"

Tarix:22-03-2024, 23:58

İbtidai sinif müəllimi Mərmər Məmmədəliyeva: "Hər bir şagirdi öz öyrənmə metoduna uyğun öyrətmək lazımdır" - Mərmər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Müəllim olmaq uşaqlıq arzum olub. Hər zaman gəlinciklərimlə "müəllim-müəllim" oynayırdım. Arzuma çatdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Artıq qarşımdakı gəlinciklər yox, şagirdlərimdir.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Bu beş il ərzində müxtəlif yerlərdə işləmişəm. İlk iş təcrübəm özəl bir bağçada olub. Orada erkən inkişaf dövründə olan uşaqlarla işləmişəm. Bu mənim üçün çox xoş olub. Sonra isə məktəbdə inklüziv təhsildə fəaliyyət göstərmişəm. Hazırda isə həm evdə repetitorluqla məşğulam, həm də özəl bir kursda fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- İnavativ müəllim olmaq üçün hər zaman öz üzərimdə çalışıram. Müxtəlif təlim və seminarlar hər zaman diqqət mərkəzimdə olur. Zaman tapdıqca elmlə, incəsənətlə bağlı tədbirlərdə iştirak edirəm. Yenilikləri təqib və tətbiq etməyə çalışıram. Bu isə ilk dəfə dörd-beş yaşlı uşaqlarla başlamışam və onlarla işləmək mənə hər zaman maraqlı gəlib. Çünki onlara elmlə, həyatla bağlı ilk qapıları açmaq, onları bu yıla hazırlamaq çox məsuliyyətli və çətindir. Mən isə hər zaman çətinliklərin öhdəsindən gəlməyi sevən bir olmuşam.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Daha çox erkən inkişaf və məktəbəqədərlə bağlı müraciətlər olur. Qeyd edim ki, ibtidai qruplarım da kifayət qədərdir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Daha çox valideyn və müəllimlərin uşaqların hamısına eyni düşüncə, eyni metodla yaxınlaşmasına "yox" deyirəm. Çünki hər uşağın öz dünyası və fərqli öyrənmə metodu var. Biz müəllimlərin, hətta valideynlərin də borcudur ki, öyrənmə metodlarını çox böyük səbrlə tapaq və o yolla irəliləyək. Yəni ki, hər bir uşağı öz öyrənmə metoduna uyğun öyrədək.

- Xarakter olaraq necə birisiniz?

- Anlayışlı, güclü empatiya qabiliyyətinə malik biriyəm. Həm özgüvənli, həm də ədalətli insan olduğumu düşünürəm.

- Ailəlisinizmi?

- Ailəliyəm. İki övladım var.

- Ən böyük məqsədiniz nədir?

- Ən böyük məqsədim cəmiyyət üçün sevgi dolu, xoşbəxt, sağlam ruhlu və savadlı vətəndaşlar yetişdirməkdir.

- Oxuculara nə məsləhət görərsiniz?

- Əvvəlcə, uşaqlarla bağlı bir məsləhət vermək istərdim. Uşaqlara yanaşarkən, onun etdiyi hərəkətlərə reaksiya verərkən ilk növbədə onunla empatiya qurmağa çalışın və özünüzü onun yerinə qoyun. Siz olsa idiniz, həmin vəziyyətdə nə edərdiniz? Siz uşaqlıqda həmin vəziyyətlərdə nə etmisiniz? Bunları düşünərək həmin uşağa, onun etdiyi hərəkətə reaksiya verməyinizi məsləhət görərdim. Bir də ki, bu həyatda gözəl olan heç nə rahatlıqla əldə edilmir. Məqsədə çatmaq üçün çox çalışmaq lazımdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi dediyim çox şey var əslində. Amma ən əsası, ağlıma gəlməzdi ki, başqalarının övladına bu qədər sevgi ilə bağlı olaram. Onların uğurlarına öz övladlarımın uğurlarından da cox sevinə bilərəm. Bir də ağlıma gəlməzdi ki, uşaqların bu qədər fərqli daxili aləmləri var. Mən onlarla işlədikca bunu görürəm. Bu da məni çox təəccübləndirir. Heç bir uşaq kənardan göründüyü kimi deyil.

Əlaqə nömrəsi: (055) 709 69 29

İbtidai sinif müəllimi Mərmər Məmmədəliyeva: "Hər bir şagirdi öz öyrənmə metoduna uyğun öyrətmək lazımdır"
İbtidai sinif müəllimi Mərmər Məmmədəliyeva: "Hər bir şagirdi öz öyrənmə metoduna uyğun öyrətmək lazımdır"
İbtidai sinif müəllimi Mərmər Məmmədəliyeva: "Hər bir şagirdi öz öyrənmə metoduna uyğun öyrətmək lazımdır"
İbtidai sinif müəllimi Mərmər Məmmədəliyeva: "Hər bir şagirdi öz öyrənmə metoduna uyğun öyrətmək lazımdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...