Anons

Bu gün, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Bu gün, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Bu gün, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Haqqımızda Əlaqə

Peşəkar pilates-yoqa təlimçisi Sada Qurbanova: "Yoqda həm bədənlə, həm də zehnlə işlənilir"

Tarix:16-03-2024, 01:26

Peşəkar pilates-yoqa təlimçisi Sada Qurbanova: "Yoqda həm bədənlə, həm də zehnlə işlənilir" - Sada xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən uşaq vaxtından idmanın içərisində olmuşam. Voleybol və ağırlıq qaldırma idman növləri ilə məşğul olmuşam. 2016-cı ildə Türkiyəyə köçmüsəm. Orada psixologiya üzrə təhsil almışam. Tələbə olarkən pilates və yoqaya maraq göstərmişəm. Orada bu sahə üzrə təlimlər almışam. Artıq iki ilə yaxındır ki, Azərbaycana qayıtmışam.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu səkkiz il ərzində nə müşahidə etdiniz?

- Səkkiz il ərzində olan müşahidəm məni həm sevindirir, həm də yox. İnsanlarda mənəvi axtarış artıb. Hər kəs özünü inkişaf etdirməyə çalışır. Bu hal xoş bir haldır. Amma bəzi insanlar səbrsizlik edib, hər şeyin başlayan kimi olmasını istəyirlər. Əmək siz çörək olmur.

- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?

- Hal-hazırda yoqanın asana dərslərini verirəm. Eyni zamanda ayda bir-iki dəfə "sadhu" terapiyaları da keçirəm. Bu da mismarların üzərində dayanaraq daha çox travmalara işlədiyimiz terapiya növüdür. Qeyd edim ki, mən həm də əl-ayaq massajı mütəxəssisiyəm.

- İndi yoqa ilə yanaşı, pilates də dəbdədir. Bunların fərqi nədədir?

- Demək olar ki, oxşardır. Pilatesin qurucusunun anası da yoqa müəllimi olub. Pilatəsə yoqadan bir çox elementlər daxil edilib. Pilates daha çox reabilitasiya yönmlu olur. Yoqada isə həm bədənlə, həm də zehnlə işlənilir.

- Fərdi olaraq heç bir yaş məhdudiyyəti yoxdur. Qrup dərslərində isə on altı yaşından yuxarı insanlarla çalışıram. Qeyd edim ki, hazırda qrup dərslərində yalnız xanımlardır. Bəylər isə fərdi dərslərə də qatıla bilərlər.

- Bir az  da dərslərin ödənişı barədə məlumat verək...

- Pilates üçün qrup dərsləri (səkkiz dərs) 125-135 manat, yoqa üçün isə 12 dərs 140-150 manat arasında dəyişir. Fərdi dərslər 350-400, duet dərsləri isə 300 manatdır.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün vacib olan insanların həm ruhuna, həm də bədəninə müsbət təsir etməkdir. Hamı elə bilir ki, bu işlə məşğul olmaq asandır. Amma göründüyü kimi deyil. Çünki biz insanları bədən, nəfəs və zehin bütünlüyü üçün bir bütün olaraq ələ alırıq. İşimiz sadəcə əzələ deyil.

- Arıqlamaq üçün yoqa ilə məşğul olanlar hansısa bir pəhriz saxlamalıdırmı?

- Bəli. Amma mən pəhriz proqramları tərtib etmirəm. Yaxşı olar ki, bu barədə diyetoloqlara müraciət olunsun.

- İdeal bədənə sahib olmaq üçün neçə müddət yoqa ilə məşğul olmaq lazımdır?

- Bu, insandan insana dəyişir. Çünki hər orqanizm individualdır. Əgər bir insanın arıqlamaq üçün heç bir problemi yoxdursa, onda bir aya idman və düzgün qidalanma ilə yeddi-səkkiz kilo verə bilər.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Bəzi insanlar gəldikləri ilk gündən üç ay sonra mümkün olan nəticəni əldə etmək istəyirlər. Belə hallara qətiyyən "yox", deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Mən emosional və həssas biriyəm. Dünyanı, insanları, heyvanları sevən insanam. Açıq sözlü və hər bir şeyi olduğu kimi deməyi xoşlayıram.

- Ailəlisinizmi?

- Xeyr, subayam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhətim odur ki, özlərinə qarşı yaxşı davransınlar, özlərini dinlesinlər. Hər hansı bir idmanla məşğul olurlarsa, səbrli olsunlar. Əldə etmək istədikləri nəticə üçün tələsməsinlər. Özlərinə zaman versinlər.

- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu işin ən yaxşı halını öz vətənimdə icra edəcəyəm.

Əlaqə nömrəsi : (050) 993 31 13

Peşəkar pilates-yoqa təlimçisi Sada Qurbanova: "Yoqda həm bədənlə, həm də zehnlə işlənilir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...