Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Xeyransa xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan kimlərəsə nəyisə izah edib, öyrətmək hissi o qədər çox idi ki, qohumlarımla uşaqları yığıb, müəllim-tələbə oyunu oynayardıq. Əlbəttə ki, mən müəllim olurdum (gülür). Həmin həvəs məni bu sahəyə gətirdi. Qeyd edim ki, mənim babam da ibtidai sinif müəllimi olub . Biz babamla eyni universiteti, eyni fakültəni bitirmişik. Hazırda mən məktəbəqədər qrupunda müəllimlik fəaliyyəti ilə məşğul oluram. Həmçinin mən hal-hazırda repetitorluqla da məşğulam. Düzdür , az uşaqla başlamışam amma bu say getdikcə çox artmağa başlayıb. Bu da məncə, mənim kreativ müəllim olmağından və fərqli dərs keçməyimdən irəli gəlir. Yeniliklər etməyi xoşlayıram. Dərsi standandart şəkildə keçmirəm. Mən heç vaxt maddiyyata önəm verməmişəm. Əsas hədəfim uşaqlara yaxşı təhsil vermək və onları doğru istiqamətə yönəltməkdir. Müəllimlik sahəsi mənim aləmimdə tamam başqa bir peşədir. Bu işin haqqını layiqincə verməyə çalışıram. Əsas məqsədim uşaqları xoşbəxt etməkdir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2018-ci ildə universitetə qəbul olmuşam. Təxminən beş ildir ki, online və əyani şəkildə bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipim şagirdlərin sinifdə mütaliə etmək bacarığını formalaşdırmaqdır. Şagirdlərə yalnız termin öyrətmək yox, onlara hər şeyi praktik olaraq göstərmək lazımdır. Mən keçdiyim hər mövzuya uyğun olaraq çalışıram ki, şagirdlərə onu canlı şəkildə göstərim və izah edim.
Həmçinin mən uşaqlarımın təkcə müəllimi yox, onların həm anası,həm bacısı , həm də dostu olmağa çalışmışam . Ona görə də onların sevgisini tez bir zamanda qazanmışam .
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hal -hazırda ixtisasım üzrə repetitorluqla məşğul oluram və məktəbəqədər qrupunda təhsil fəaliyyəti ilə məşğulam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar ibtidai siniflər üçün ingilis dili hazırlığı ilə bağlı müraciətlər çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlər günün sonu uşaqlardan-"Sizi incidən oldu?","Müəllim sizi danladı?","Kim səni vurdu ?" deyil, "Günün necə keçdi? ","Bu gün nə öyrəndin ?" -bu cür suallar ilə təhsilə və balalarına yanaşsınlar istərdim.
- Xarakter olaraq necə birisiniz?
- Dərs zamanı çox ciddi və kreativ biriyəm. Kənarda isə çox pozitiv, mehriban və gülərüz insanam.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, uşağın bir şəxsiyyət kimi formalaşmasına, gələcəyinə ümid ilə baxmasına ilk başlanğıc səbəb bünövrədir. Bu bünövrəni düzgün qoymaq üçün valideynlər müəllimlərlə iş birliyi etməlidirlər.
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, həm uşaqlarla sevgi bağım daha güclü olar, həm də illər sonra onlarla uğurlu şəxsiyyət kimi salamlaşaram.
Əlaqə nömrəsi: (055) 275 20 21