Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Loqoped İlahə Məmmədzadə: "İşimə bu qədər bağlanacağım ağlıma gəlməzdi"

Tarix:10-03-2024, 01:30

Loqoped İlahə Məmmədzadə: "İşimə bu qədər bağlanacağım ağlıma gəlməzdi" - İlahə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən bu ixtisasa qəbul olarkən, açığı, ixtisasım barədə o qədər də məlumatım yox idi. Oxuduqca, sözün əsl mənasında ixtisasıma vuruldum və anladım ki, mən bu sahə üçün doğulmuşam. 4-cü kursun sonlarından kurslara başladım sonra imtahan verərək “Loqos” PNİM-də işə başladım.

- Neçə ildir ki, bu sahədəsiniz?

- 2014-cü ildən loqoped vəzifəsində çalışıram. 10 il olacaq.

- İş prinsipiniz nədən ibarətdir?

- Nitq qüsurlu insanlarla profesional şəkildə iş aparmaq. Cəmiyyətə düzgün nitqə sahib uşaqlar yetişdirmək. Valideynləri bu sahə haqqında məlumatlandırmaq əsas iş prinsipimdir.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Bütün nitq pozuntuları olan insanlarla,yaş məhdudiyyəti olmadan işləyirəm.Korreksiya işində alternativ yollardan: müxtəlif aparatlardan,kinesioteyplərdən,masajlardan istifadə edirəm.Loqopedik seminarlar,təlimlər təşkil edərək tələbələri,valideynləri maarifləndirirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda ən çox pedaqoji baxımsız qalan uşaqlar,cümlə qura bilməyən,özünü ifadə edə bilməyən uşaqlar,kəkələmə,səslərin tələffüzündə pozuntular olan insanlar (yaş məhdudiyyəti yoxdur),ağız suyu axan,çeynəmə-udma aktı pozulan uşaqlar müraciət edirlər.

- Bir loqoped olaraq nəyə "yox" deyirsiniz?

- Bir loqoped olaraq uşaqları texnologiya ilə təmin edib,bütün gün istifadəsinə icazə verən,uşağın problemini qəbul etməyən və korreksiya işini gecikdirən valideynlərə,mütəxəsislə birgə əməkdaşlıq etməyən,dərsdən kənarda tapşırıqlara məsuliyyətsiz yanaşan valideynlərə və böyüklərə “YOX” deyirəm və təəssüf ki,korreksiya işini dayandırıram.

- Xarakter olaraq necə birisiniz?

- Səbrli,iradəli,təmkinli,mülayim,uşaqları sevən,gülərüz və eyni zamanda məsuliyyətli və tələbkar biriyəm.

- Ailəlisinizmi?

- Nişanlıyam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Bir mütəxəsis kimi valideynlərə məsləhət görürəm ki,uşağın inkişaf proseslərini diqqətlə izləsinlər.Hər hansısa bir problem yaşandıqda mütəxəsislərə müraciət etsinlər.Hər bir nitq qüsuru ilk siqnallarını verir və bu zaman valideyn diqqətli olarsa ,vaxtında müdaxilə edərsə problemin aradan qalxması da bir o qədər qısa müddətdə və asan olar.

-Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmas.

- Ağlıma gəlməzdi ki,bu qədər ailənin sevincinə səbəb ola bilərəm,işimə bu qədər bağlana bilərəm.Hər bir uğurum mənə daha çox motivasiya verir və məni daha məsuliyyətli insana çevirir.Özümü başqa sahədə təsəvvür edə bilmirəm.

Əlaqə nömrəsi: (055) 929 67 84

Loqoped İlahə Məmmədzadə: "İşimə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
Loqoped İlahə Məmmədzadə: "İşimə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
Loqoped İlahə Məmmədzadə: "İşimə bu qədər bağlanacağım ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...