Anons

Bu gün, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Bu gün, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Bu gün, 13:35- İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Bu gün, 12:02- Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Bu gün, 11:26- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Bu gün, 10:53- “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

Bu gün, 10:06- Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:14- AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

"English Academy" kursunun rəhbəri Xəyalə Gəraylı: "Qısa zamanda bu qədər seviləcəyim ağlıma gəlməzdi"

Tarix:24-02-2024, 08:04

"English Academy" kursunun rəhbəri Xəyalə Gəraylı: "Qısa zamanda bu qədər seviləcəyim ağlıma gəlməzdi" - Xəyalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 1995-ci ildə Yevlax şəhərində anadan olmuşam. Orta məktəbi və universiteti bitirdikdən sonra iş həyatıma başlamışam. Bir çox yerlərdə çalışmışam. Bütün sahələrdə özümüz doğrultmuşam. Ona görə də həmişə özgüvənim yüksək olub. Bu baxımdan da öz şəxsi biznesimi yaratmaq qərarına gəldim və Mingəçevir şəhərində öz kursumu yaratdım. Şükürlər olsun ki, qısa zaman kəsiyində valideynlərin və uşaqların sevgisini və güvənini qazan bildik.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Pedaqoq olaraq səkkiz ildir ki, fəaliyyətdəyəm. Kursumuz isə üç ilə yaxındır ki, fəaliyyət göstərir.
- İş prinsipinin nədən ibarətdir?
- Mən qarşıma qoyduğum məqsədə çatmaq üçün əlimdən gələni edən biriyəm. Mənim üçün rəqabət yalnız özümlə var. Kənardakıların hansı pillədə olmağı məni maqalandırmır. Kənardan deyilən heç bir mənfi rəy və ya fikir mənə pis təsir edə və həvəsdən sala bilməz. Əksinə, belə hallar mənə irəli getmək üçün daha çox stimul verir.
- Kursunuzda hansı fənnlər tədris edilir?
- Bizim kursumuzda hal-hazırda daha çox Azərbaycan-dili, riyaziyyat, ingilis-dili, məntiq və ibtidai sinif fənnləri tədris edilir. Amma gələcəkdə tarix, fizika, biologiya və s. fənlərin də tədrisini planlaşdırırıq.
- Kursunuza qəbul üçün hansısa bir yaş məhdudiyyəti varmı?
- Heç bir yaş məhdudiyyəti yoxdur. Dörd yaşdan etibarən hər bir kəs bizim kursa yazıla bilər.
- Üstünlüyünuz və fərqiniz nədədir?
- Biz ilk növbədə vicdanımızla hərəkət edirik. Adam hansı sahədə olmağından asılı olmayaraq birinci növbədə insan olmalıdır. Biz bizə olunan iradları və təklifləri hər zaman nəzərə alırıq. Öz üzərimizdə hər zaman çalışırıq ki, daha da mükəmməl olaq. Bundan başqa, biz kəmiyyətə deyil, keyfiyyətə önəm veririk. Çünki keyfiyyət olmayan yerde kəmiyyətin də bir anlamı qalmır.
- Öz sahəniz üzrə hansı işlər görürsünüz?
- Mən və kursumuzda çalışan bütün müəllimlər öz üzərimizdə işləyirik. Hər zaman yeniliklər axtarırıq. Buna görə də nəticələrimiz hər zaman yüksək olur. Bizdə zəif və güclü şagird anlayışı yoxdur. Her bir şagirdə maksimum bilik və informasiya ötürürük.
- Son zamanlarda size daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda daha çox xarici dil öyrənməklə bağlı müraciətlər olur. Bu da sevindirici bir haldır. Bizim mütəxəssislərimiz də öz işinin öhdəsindən maksimum dərəcədə gəlməyi bacarırlar. Bundan başqa, müxtəlif yaş qrupuna aid olan insanla öz sahələri üzrə təkmilləşmək üçün də bizə müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Mən bir çox kurslarda menecer olaraq işləmişəm. Orada gördüyüm neqativ hallar məni çox narahat edirdi. Məsələn, hər hansı təcrübəsi, savadı olmayan, imtahandan kəsilən tələbələri müəllim adı ilə kursa işi götürürdülər. Valideynlərin və şagirdlərin inamından sui-istifadə edirdilər. Mən belə halla qəti surətdə "yox", deyirəm. İnsanların xoş niyyətindən istifadə etmək olmaz. Dürüstlük menim üçün çox vacib bir məsələdir.
- Oxuculara ne məsləhət görərsiniz?
- Ümumiyətlə, hər kəs ali məktəb bitməlidir deyə bir anlam yoxdur. Hər hansı bir sahədə olmağımızdan asılı olmayaraq, özümüzlə rəqabət aparmalıyıq və inkişafa doğru getməliyik. Hər kəs öz sahəsini mükəmməl bilməlidir. Onda bütün yaxşı nəticələri əldə etmək mümkün olar. Yerinde saymaq qətiyyən olmaz. Bir də ki, insan öz peşəsinin vurğunu olmalıdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Qısa zaman kəsiyində bu qədər seviləcəyim və bu qədər inam, etibar qazanacağım ağlıma gəlməzdi.

Əlaqə nömrəsi: (055) 948 70 16
(050) 594 50 16
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...